Lisa Alvarez`in qəribə hekayəsi
Fuad Abishov tərəfindən "Hekayə" bolməsinə 15:23 10 oktyabr 2015 tarixində əlavə olunmuşdur

“Nə danışassan ?” soruşdu Lisa pəncərəni açaraq. “Ya da ən yaxşısı mən gedim yenə həkimlə danışım” dedi öz özünə. Amma hər problem olan kimi gedib həkim Watson`un başını ağrıtmaq istəmirdi. Bu fikrindən əl çəkdi.

“Əgər danışmağıma icazə versən hərşeyi deyəcəm. Sadəcə mənə qulaq as və sonra nə istəsən onu elə.”

“Sənin danışıb – danışmamağın nəyimə lazımdır ? Sən mənim şüuraltımdakı xəyalımsan. Məntiqlə fikirləşsək əslində yoxsan. Mən öz – özümə danışıram.” deyərək stolun üzərindəki dərmanlardan bir neçəsini içdi.

“Mənə inanmağın üçün sadəcə böyüməyini gözlədim və indi danışmağın vaxtıdır. Danışmağımı istəyirsən ya yox ?” dedi “O”

“ Danışırsan danış amma sənə inanmağımı gözləmə.” dedi stolun üzərindəki kağızı qara qələm ilə qaralayaraq.

“Sağol icazə verdiyin üçün, dediklərimə diqqətlə qulaq as. İlk öncə demək istəyirəm ki, məni təkcə sən görə bilirsən deyə mən xəyal olmuram. Mən gerçəyəm, məni sadəcə sən görürsən. Lisa illərdir özünü xəstə bir insan kimi aparırdın. Sən heçvaxt xəstə olmamısan. Sadəcə özünü buna inandırırdın. Mənim xəyal olduğumu və əslində olmadığımı deyirsən. İndi sənə sübut eliyəcəm. Bu stəkana diqqətlə bax.” deyərək stolun yanına getdi. Stəkanı bir neçə saniyə stolun üzərində sağa və solu apardı. Bu səhnələri maraqla izləyən Lisa danışmaq istədiyi zaman “O” danışmağa davam etdi.

“ Mən Olneira`yam. İndi mənim dediklərimə diqqətlə qulaq asmalı və qəbul etməlisən.

Yaxşı ?”

“Yaxşı” dedi qız heçnə anlamdan.

“Səndən sadəcə gözlərini bağlamanı və bir dünya fikirləşməni istəyirəm hansı ki bu dünyaya bənzəyir. İndi isə insanların gerçək olduğuna inanmadığı bütün varlıqların bu dünyada olduğunu fikirləş. Məsələn: Vampirlər, pərilər,divlər, qurd adamlar və.s.”

Bu vaxt televizorda “Twilight” filmi gedirdi və təsadüfən Jacob Black`in qurd adama döndüyü səhnəsi başlamışdı. Lisa tez üzünü Olneira`ya çevirib filmi görsədərək.

“Belə qurd adamlar ?”

Olneira Lisa`ya baxıb “Bundan da böyük” dedi.

“Hə, sonra ?” soruşdu Lisa. Lisanın bu hekayəyə inanmadığını yeni doğulan uşaq belə anlaya bilərdi.

“Sözü uzatmayacam. Bu dünyanın adı Marius`du, mən oradan gəlirəm. Və mən Olneira`yam.”

“İndi sən mənə qulaq as. Olneira nə deməkdi ?”

“Olneira `Marius` dilində körpü deməkdir. Bu varlıqlar arasındakı əlaqəni və sülhü qoruyur.”

“Get onda öz dünyandakı problemləri həll elə. Məndən nə istəyirsən ?”

“Məndə istəyirəm dediyin kimi olsun. Amma bir problem var.”

“Necə yəni problem ? Sənin nə problemin ola bilərki ?”

“Bir bədən və bu bədən də sənsən”

“O bədən mənəm hə ? ” öz özünə gülərək danışdı.

“Səbəbini soruşmayacaqsan ?”

“Yox, bu qədər bəsdi. Sənə qulaq asmaq istəmirəm. Daha doğrusu sən bayaq dediyim kimi mənim şüuraltımda yaratdığım xəyalımsan. Sənə niyə inanmalıyam ? ” dedi qəzəblə.

“Son dəfə verirəm sualı. Səbəbini soruşmayacaqsan ?” hava soyumağa başladı. Elektriklər bir anlıq sönüb yandı. Qızın gözlərindəki marağı görüb danışmağa davam etdi.

“Mən köhnə Olneira`nın ruhuyam. Daha doğrusu ruhlarından biriyəm. Bizim fərqli cəhətimiz var ki, o da bölünə bilməyimizdi. Buna görə də həm bu dünya da həm də digər dünya da ola bilirik. Ola bilsin ki məndən çox görmüsən.
Sizin il ilə desəm bundan 19 il əvvəl Olneira – yəni mənim köhnə bədənim öldü. Və bu zaman təsadüfən sən doğuldun. Səndə elə bir enerji var idi ki, bu enerji məni bir başa sənə çəkdi. Sən fərqlisən Lisa buna görə ətrafında çox dostun yoxdu. Səni sadəcə 1-2 dostun başa düşdü onlarda səhv başa düşdü. Buna görə ürəyini sıxma. Bu dünyada məndən başqa güvənəcəyin heçkim yoxdu Lisa mənə güvənməlisən. Biz bir-birimizə nə qədər güvənsək bir o qədər də hərşey daha yaxşı olacaq. Qısacası yeni Olneira sən olacaqsan və Marius`u idarə edəcək növbəti dünyalı sən olacaqsan. Sənə sonsuza qədər güvənirəm çünki, 19 ildir sənin yanındayam və necə biri olduğunu səndən daha yaxşı bilirəm. Və ən əsası sənin köməyinə ehtiyyacımız var. Səndən başqa heçkim bizə kömək eliyə bilməz. Bayaq sənə dediyim bu varlıqlar və bunlardan daha çoxu bir – birlərini məğlub etmək üçün əllərindən gələni edirlər. Və onlar dünyamızı məhv etmək üçün hərşeyi etməyə hazırdılar. Bu baş verən hadisələrin qarşısını sadəcə sən ala bilərsən !”

Lisa əlindəki qələmi yerə ataraq çox sakit addımlarla gedib pəncərəni bağladı və geriyə qayıdaraq stolun üstündəki dərman qutusundan bir ovuc dərman götürüb içərək özündən getdi.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+2=
Hesaba giriş
Müəllif

Fuad Abishov
Haqqında
Dünyayı dəyişdirə bilmərik amma fərqlilik yarada bilərik.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.019 saniye