Makedoniyalı İsgəndər
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 20:31 31 mart 2016 tarixində əlavə olunmuşdur

Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi olan Makedoniyalı İsgəndər eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipin ölümündən sonra 20 yaşında taxta çıxmışdır.O,30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir.

İsgəndər qədim yunan ayı Hekatombayonun altıncı günündə Makedoniya çarlığının paytaxtı Pellada doğulub. Dəqiq vaxt bilinməsə də , doğum tarix e.ə. 356-cı ilin 20 iyuluna uyğun gəlir.

O, Makedoniya çarı II Filipin və Epir çarlığının hökmdarı I Neoptolemusun qızı Olimpiadanın oğludur.Filipin yeddi və ya səkkiz arvadı olsa da, Olimpiada bəlkə də İsgəndəri dünyaya gətirdiyi üçün bir müddət Filipin əsas arvadı idi.Bir çox əfsanələr İsgəndərin anadan olmasını və uşaqlığını təsvir edir.

Qədim Yunanıstan bioqrafı Plutarxa görə Olimpiada Filiplə evliliyinin başlanğıc dövrlərində yuxuda görür ki, onun uşaqlığı ildırımla vuruldu və bu sönməzdən əvvəl hər tərəfə yayılan alova səbəb oldu. Toylarından bir müddət sonra Filipin yuxuda özünü arvadının uşaqlığına aslan təsviri həkk edilmiş möhür qoyarkən gördüyü deyilir. Plutarx bu yuxuların müxtəlif təfsirlərini verib: uşaqlığın möhürlənməsindən başa düşüldüyü kimi Olimpiada evliliyindən əvvəl hamilə idi və ya İskəndərin atası Zevs idi. Qədim şərhçilər ambisiyalı Olimpiadanın İskəndərin müqəddəs valideyni hekayəsini elan etdiyi və ya günahkar kimi bu fikri rədd etdiyi haqqında ikiyə bölünüblər.

İsgəndərin doğulduğu gün Filip Xalxidike yarımadasındakı Potidaye şəhərinin mühasirəsinə hazırlanırdı. Eyni gün Filipə xəbər çatdı ki, onun generalı Parmenion birləşmiş İlliriya və Peoniya ordularını məğlub edib və onun atları Olimpiya oyunlarında qalib gəlib. Həm də deyilir ki, o gün Dünyanın yeddi möcüzəsindən biri - Efesdəki Artemida məbədi yanıb. Yunan tarixçisi Hegesias Artemisin İsgəndərin doğumunda iştirak etmək üçün uzaqda olduğununa görə onun yandığını dedi..

Belə əfsanələr İsgəndər çar olanda ortaya çıxa bilərdi və bəlkə də bu İsgəndərin fövqəlbəşər olduğunu və əzəmətin onun taleyi olduğunu göstərmək üçün özü tərəfindən təşviq edilə bilərdi.

İlk illərində İsgəndər gələcək generalı Klitin bacısı olan dayə Lanike tərəfindən böyüdülüb. Daha sonra İsgəndər anasının qohumu sərt Leonidas və Filipin generalı Lisimax tərəfindən tərbiyə edilib.

İsgəndər Makedoniyalı zadəgan gəncləri kimi böyüdülüb və oxumağı,          lir çalmağı,at sürməyi, döyüşməyi və ovlamağı öyrənib.İsgəndər 10 yaşında olanda Fessaliyadan olan tacir Filipə at gətirdi və atı 13 talentə satmağı təklif elədi. At üzərinə minilməsinə imkan vermədi və Filip atın aparılmasını əmr etdi. Atın öz kölgəsindən qorxduğunu görən İsgəndər atı əhliləşdirmək istədi və buna nail oldu. Plutarx qeyd edir ki, nümayəş etdirilən cəsarət və ambisiyaya valeh olan Filip gözyaşlarıyla oğlunu öpdü və bu zaman dedi: "Oğlum sən ambisiyaların üçün kifayət edəcək qədər böyük çarlıq tapmalısan. Makedoniya sənin üçün çox balacadır." Filip atı onun üçün aldı. İsgəndər onu Bukefalos adlandırdı və bunun mənası "öküz-baş" deməkdir. Bukefalos İsgəndəri Hindistana qədər daşıdı.Heyvan öləndə (qocaldığına görə, Plutarxa görə 30 yaşında) İsgəndər bir şəhəri Bukefala adlandırdı.

İsgəndərin 13 yaşı olanda Filip onun üçün müəllim axtarırdı. Filip Sokrat və Spevsip kimi akademiklər haqqında fikirləşdi və ikincisinə vəzifəni tutmaq üçün istefa etmək təklif edildi. Axırda Aristotel İsgəndərin müəllimi seçildi və Miezadakı Nimfalar məbədi dərs keçmək üçün yer kimi seçildi. İsgəndərə dərs keçməyin əvəzində Filip yerlə yeksan etdiyi Aristotelin vətəni - Staqiri yenidən inşa etməyə və kölə olmuş köhnə sakinləri satın alıb azad edərək və sürgündə olanları bağışlayaraq şəhəri yenidən doldurmağı qəbul etdi.

 Mieza İsgəndər və makedoniyalı zadəganların uşaqları (I Ptolemey, Hefestion və Kassandr) üçün yatılı məktəb idi. Şagirdlərin çoxu İsgəndərin dostları və gələcək generalları oldu və "Kompanyonlar" olaraq bilinirlər. Aristotel İsgəndərə və dostlarına təbabət, fəlsəfə, əxlaq, din, məntiq və incəsənət haqqında dərs keçdi. Aristolel onun müəllimi olarkən İsgəndərdə Homerin əsərlərinə, xüsusilə İliada əsərinə sevgi yarandı; Aristotel ona İliadanın izahlı nüsxəsini verdi və İsgəndər bu nüsxəni hərbi yürüşlərində özü ilə apardı.


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+24=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.024 saniye