Malkolm X
Yazar.in tərəfindən "Digər yazılar" bolməsinə 13:32 22 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Kitab XX əsrin ən yadda qalan simalarından olan Malkolm X-in həyatı və onun insan haqları uğrunda mübarizəsindən bəhs edir.

Malkolm X haqqında ölkəmizdə ilk dəfə nəşr olunan bu kitabda oxucular insanı heyrətə gətirən bir həyat yolu ilə tanış olacaqlar; kitabı oxuduqca bir insanın necə ən çirkin əməllərdən, tüfeyli həyatdan qurtularaq doğru prinsiplərə yiyələnib və bu prinsiplər uğrunda canından belə keçəcək səviyyəyə yüksəlməsinin şahidi olacaqlar.

“Başıma ən azı bir qrup insanın yaşayıb təcrübə edə biləcəyi qədər hadisə gəlib” – deyən Malkolm X modern dünyanın qaradərililərə yanaşma tərzinin gətirdiyi acıları iliyinəcən hiss etmiş bir şəxs olub. Həyatın mərkəzindən uzaqlaşdırılaraq qaranlıq küçələrə sıxışdırılan digər qaradərililər kimi olmaqla barışmayan Malkolm X, nəhayət öz içində inqilab edərək başqa bir insana çevrilir və əzmkarxüsusiyyəti sayəsində insanlığa ləkə olan bu ayrıseçkiliklə mübarizəyə başlayır. O, qısa müddət ərzində qətiyyətli çıxışları ilə modern cəmiyyət tərəfindən əzilən, sındırılan, ən adi insani münasibətlərə həsrət qalan qarədərililərin ümid işığına çevrilir.BeləlikləMalkolm X-in oxucunu heyrətə gətirən, gərgin və mübarizə dolu illəri başlayır.

“Malkolm X” kitabını onlayn şəkildə sifariş etmək mümkündür. Kitab bütün Azərbaycana üzrə pulsuz çatdırılır: www.parlaqimzalar.az


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+19=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0269 saniye