Maraqlı bir şeir
Mehriban tərəfindən "Şeir" bolməsinə 00:04 10 iyun 2014 tarixində əlavə olunmuşdur

Qaldır başını, qaldır.
Ömür elə budu-
bu şəhərdi, bu küçədi, bu yoldu
və bu yola paralel küçələrdə
daş hasarlı daş adamlardı.
Təzədən bax dünyaya,
yığışdır sifətlərdən məyus baxışlarını.
Və yığ alnının qırışları arasına
zalımların bu əclaf, dəyyus baxışlarını.

Düşün bir də, dünyadan axı istəyin nədi?
Umub-küsdüyün nədi?…
Eh deyib yellədirsən əlini boş-boşuna,
gəlmədimi xoşuna
bu dünya, bu insanlar?…
Yenə çıxış yolu var.
(bəlkə intihar?…)
bir də axı desənə, kim sənə
bundan artığını vəl eləmişdi?…

***

Sənnən sonra
hər şeyi olduğu kimi saxladım…
Sınmış guldanı da,
otağa dağılmış gülləri də,
alt-üst olmuş yatağı,
cırıb otağa səpdiyin şəkilləri də…
Hər şeyi…
Aşmış stolu, qırılmış güzgünü də,
olduğu kimi saxladım…

Və təkcə adını hər gecə
TƏHRİFLƏ sayıxladım.

Heç olmasa yoxluğunu görüm deyə
hər səhər otaqları yoxladım.
Sənin səs-küyündə itirdiyim sükutda
indi səs-küyünü axtardım,
anladım ki, səni səssiz sevirmişəm,
elə səssiz ki…
özüm də eşitməmişəm…
Saatlarla,
«sənnən maraxlıdı, heç olmasa səsi çıxır»
- dediyin televizorun qara üzünə baxdım…
Və anladım ki, neçə illərdi
bizim evdə televizor işləmirmiş.

 


... dəfə oxunub
Qiymət: 5/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
5+33=
Hesaba giriş
Müəllif

Mehriban
Haqqında
Özüm özümlə danışdığım qədər başqa biriylə danışmıram. Səbəb dəlilik deyil sadəcə bilirəmki insanı en yaxşı özü dinliyə bilər ...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0243 saniye