Markesin ikinci əl kitabları
Vəfa Teymurova tərəfindən "Məşhurlar" bolməsinə 10:51 10 yanvar 2015 tarixində əlavə olunmuşdur

Yəqin, Qabriel Qarsiya Markesi tanıtmağa ehtiyac yoxdur. Bundan əvvəlki yazılarımda onun haqqında maraqlı bir neçə məlumat paylaşmışam. Bu dəfə Markesin başqa qəribə xüsusiyyətindən danışacam.

Sən demə, Markes təzə kitabları oxumazmış. Onun kitabları ikinci əl olarmış. Müsahibələrinin birində, “Axırıncı dəfə nə vaxt kitaba pul vermişəm, xatırlamıram”, - deyən Markesin oxuduğu təzə kitablar, yalnız öz kitabları olub. Belə ki, yazıçı nəşriyyatdan gələn kitabları özü oxumamış satılmağına imkan verməzdi. “Yüz ilin tənhalığı”nın müəllifi çox vaxt öz kitablarında da nəsə səhvlər tapar, 2-3 dəfə yenidən çap etdirərmiş.

Markes kitabları dost-tanışından əldə edərmiş. Çevrəsində böyük yazıçı kütləsi, ədəbiyyat xadimləri olan kolumbiyalı tanışlarının əlində gördüyü bütün kitabları alıb oxuyarmış. Bəzi kitabları qaytarmayıb. Bunların içərisində ən məşhurları, hələ də Markesin evində ailə üzvləri tərəfindən saxlanılır.

Beləliklə, Markesin ikinci əl kitablarından bir neçəsi:

Fyodor Dostoyevski “Alçaldılmış və təhqir edilmiş insanlar”
Ernest Heminquey “Qoca və dəniz”
Lev Tolstoy “Hərb və sülh”
Çarlz Dikkens “Deyvid Kopperfild”
Artur Konan Doyl “Baskervillərin iti”
Redyard Kiplinq “Cəngəllik kitabı”


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
1+9=
Hesaba giriş
Müəllif

Vəfa Teymurova
Haqqında
İnternetdən həyata dair əldə etdiyim maraqlı məlumatları sizlərlə bölüşəcəyəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.031 saniye