Məhv olan heyrətamiz əsərlər
Nigar Şahsuvarova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 11:03 15 yanvar 2016 tarixində əlavə olunmuşdur

 Sənət aləminə bəlli olan bəzi əsərlərin orijinal variantı ya itib, ya da məhv olub.

 

“Nilufərlər” tablosu

Klod Monenin 1883-cü ildə ərsəyə gətirdiyi “Nilufərlər” adlı bu tablo 15 aprel 1958-ci ildə Nyu Yorkun Modern Sənət Muzeyindəki yanğın nəticəsində məhv olub.

 

Qustav Klimtin tabloları

Qadın formalı şəkillər çəkən simvolist rəssam Qustav Klimtin 14 tablosu 1943-cü ildə qorunmaq məqsədi ilə Skloss İmmerdorf muzeyinə göndərilib. 1945-ci ildə nasistlər muzeyi yandırıb və 14 qiymətli tablo bu yanğında kül olub.

 

“Leda və qu” tablosu

Dahi rəssam Mikelancelo bu əsəri 1530-cu ildə yaradıb. Sonra boyaması üçün dostu və şagirdi olan Antonio Miniyə - Fransaya göndərib. Antonio Mininin bu tablonu satdığı zənn edilir. Ancaq tablonun başına nə gəldiyi bilinmir.

 

“Rəssam”

Məşhur rəssam Pikassonun 1963-cü ildə yaratdığı bu əsərinin olduğu təyyarə 2 aprel 1998-ci ildə uçuş zamanı okeana düşüb. Təyyarənin 98 faizinin suyun üstündə qalmasına rəğmən, tablo qəza nəticəsində yox olub.

 

“Rodos nəhəngi” heykəli

Bu, eramızdan əvvəl 292-280 illərdə Rodos adasında hazırlanan Yunan tanrısı Heliosun nəhəng bir heykəlidir. Rodosda meydana gələn zəlzələ nəticəsində dənizdə batıb.

 

“İşə gedən rəssam”

Vinsent Van Qoqun ərsəyə gətirdiyi əsərlərdən biridir. 1888-ci ildə yaratdığı bu tablo II Dünya Müharibəsindən əvvəl Kayzer-Fridrix muzeyində idi. Muzeydə baş verən yanğın nəticəsində məhv olub.

 

 

Mənbə: axar.az


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+26=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0313 saniye