Mən ayrılıqların qadınıyam!
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 21:33 20 fevral 2018 tarixində əlavə olunmuşdur
Mən ayrılıqların qadınıyam
Məni şərqilərdə sev,
Məni şeirlərdə sev...
 
Kaman səsindəyəm,
bəzən duymadığın azanda.
Ney səsində,
bilmədiyin bir küçə musiqisində
iniltiyəm.
Barmaqlarım kədər çalır
həyatın siyah-bəyaz dillərində.
Saçlarımın hörüyündə
neçə dilsiz bəstə yatır
kəsilməyə məhkum.
 
Mən ayrılıqların qadınıyam!
 
Rakı masasında
səslənən qərib mahnıdayam.
Ağlayan şeirdə yaşayıram.
Gülüşü bol ortamın
məzə tabağıyam.
Qan qırmızı şərabın
qədəhdəki son damlasıyam.
On illik bir eşqin
sonundakı nidasıyam.
 
Mən ayrılıqların qadınıyam!
 
Mövsümün sonbahar çağındayam.
Yaşıl yarpağın saralmış tərəfi,
bir qurtum su,
bir ovuc torpaq
və ruhsuz bədəndəyəm.
Küsmüş duyğular yatır
sinəmin ən isti köşəsində.
Bəyazlayan saçım danışır
mənim yerimə.
Bahardan umacağım yox,
Güllərə ümidsiz baxan yaşdayam.
Yuxularımı suya danışıram.
Röyalarım da ayrılıq qoxur.
Yozumlara
inanmağı unudan yaşdayam.
Dedim axı -
Mən ayrılıqların qadınıyam!
Məni şərqilərdə sev,
Məni şeirlərdə sev...
 
Aysel Abdullazadə...
 
 

... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+26=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0294 saniye