mən özüm yalanmışam
Bəhram Həsənov tərəfindən "Şeir" bolməsinə 22:08 27 may 2014 tarixində əlavə olunmuşdur

Özüm yalan danışıb
Mən özüm aldanmışam.
Sən demə heç yoxmuşam,
Mən özüm yalanmışam.

Yaşamıram sən demə,
Bir xəyalmış həyatım.
Sən demə cavabı yox
Bir sualmış həyatım.

Təbəssümlər, gülüşlər,
Təssüflər yalanmış.
Demə həyat adıyla
Bir aldanış yaşanmış

Allahdan da xəbərsiz,
Başdan başa bir günah.
Bir həyat yaşamışam,
Bu gün var, yoxdu sabah!
24.05.14


... dəfə oxunub
Qiymət: 9/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
9+23=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0308 saniye