Mən şeir deyiləm ki..
Xuraman tərəfindən "Şeir" bolməsinə 21:28 11 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Gəldim..
Əllərimdə qardan adamlar,
Balaca uşaqlar kimi gülə-gülə,
Qəhqəhəm "moonlight sonata" kimi incidici,
Baxışlarım bəlkə də heç kimi sevməz bir də.
Bəlkə də nə vaxtsa özünə aynada baxıb,
"kaş baxmazdım" deyib qocalacam.
Kaş gözünün içinə baxmağa utandıqlarımız,
Gözümüzdən düşməsə..
Bəzilərinə göz yaşım qədər dəyər verdim,
Amma gözdən çıxdısa, qayıtmaz..
Bakının ən ucqar yerində balaca bir şairin tabutu götürüldü,
Həkimlərin and içdiyi gün bəlkə də öldü
Arximedin vannadan çılpaq qaçması qədər ani idi yox oluşu,
Hissə-hissə, parça-parça qoparkən buralardan,
Ölümü belə süd qoxurdu.
O qədər şeir idi ki ruhu,
Neçə misra, neçə bənd deyə bilmərəm..
Amma o ölmədən günahlara qonaq olmuşdu.
Günahlar sığındı ona, əff dilədi,
Tanrı göndərib bizi sənə, qadın.
Tanrı ən gözəl günahın sən olduğunu dedi.
O qədər günahkarsan ki..
O qədər günah doluyam ki, adam,
Məndən nə şeir, heç qaraltı da olmaz.
Mən şeir deyiləm, adam,
Mən şair də deyiləm,
Tanrı son bölümü bağlamaqçün,
Daha da hər şey hüznlü olsun deyə göndərib məni.
Anlama, adam..
Qar var əlimdə, ürəyim üşüyür,
Gəldim, adam, bizi hələ xoş günlər gözləyir..


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+18=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0238 saniye