Mən torpağam
Xuraman tərəfindən "Şeir" bolməsinə 21:10 13 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Ölüm - bir pianistin şeirdə tapdığı sevgi təklifidir,
"Bizim sevgimiz ölümsüzdür",- deyə bilməz heç kim ona.
Anlamazlar ki, sevgi özü ona ölüm təklif edib.
Ölüm- balaca bir qızın burnunun ucuna qonan rəngbərəng kəpənəkdir,
Balaca bilməz nədir bunun sirri,
Kəpənək də bilməz niyə burdadır, niyə onun nəfəsində..
Ölüm- yağış sonrası yazılan şeir kimidir,
Səhəri gün danışılsa da, unudulur..
Bəlkə də yağış qədər saf və torpaq qədər cəsarətli deyil ama,
Ölüm- yaradılışdır, ölüm o palçıqdır,
Biz də ölümdən yaranmışıq, kəpənək..
Səndən yaranmışıq.
Ölüm- ayaq altında əzilən, hər payız adına "romantika" qoyulan,
Ağacların övladları yarpaqlardır.
Əzərik onları romantika olsun deyə.
Əzdiyimiz kimi sevdiklərimizi.
Ölüm- düşünmədən yazılan şeir,
Ölüm- istənmədən sevilən şair,
Ölüm  mən deyiləm, səhv anladın..
Ölüm nə mənəm, nə mənim səhvlərim.
Mən yağışam, adəmoğlu,
Küfr etdiyiniz..
Mən torpağam, həvvaqızı,
Günahlarınızı basdırdığınız,
Sevdiklərinizi unutduğunuz..
Mən torpağam, adəmoğlu,məni atəş yandırmaz..



... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+28=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0252 saniye