
mən övladı ölən ananın göz yaşıyam
mən o qadının qucaqladığı baş daşıyam.
 mən atılmış körpənin atasıyam.
 mən qadını fahişəyə çevirən otaqların yatağıyam.
 mən fikirəm,düşüncəyəm,xəyalam.
 mən o kasıb insanın əlindəki qırışlaram.
 mən məzaram,hər gün biri ölür içimdə.
 mən şərabam,süzülürəm gözlərdən.
 mən sərxoşam,intihar etmişəm fikirlərdən
Sən
Sən- içkisən
 Sən- musiqisən
 Sən- gecəsən
 Sən- payızsan
 Sən-kədərsən
 Sən –yuxusuzluqsan
 Sən- tərləmiş balıncsan
 Sən-təpiklənən yataqsan
 Sən-yumruqlanan divarsan
 Sən-açmaq istəmədiyim səhərsən
 Sən- qızarmış gözsən
 Sən-yorğunluqsan
 Sən-intiharsan
 Sən-torpaqsan