Mən
Bəyaz Məmmədova tərəfindən "Digər yazılar" bolməsinə 22:23 01 iyul 2014 tarixində əlavə olunmuşdur

Bəli,bu mən idim.Həvəsi ölmüş şair kimi,xəyanət edilmiş qadın kimi,oyuncağı itmiş uşaq kimi,sevgilisi tərk etmiş ərgən kimi baxırdım dünyaya.Gözlərimdə olan o alov sönmüş,göz yaşlarım qurumuş,əllərim titrəmiş ola bilərdi amma mən hələ də susurdum.İsyan etmirdim.Ağladıqca boğulacağımı sanırdım.Yatmadıqca dünyanın pisliklərini daha da görəcəyimi sanırdım.Düşünmək istəmirdim.Ağlamaq heç istəmirdim.Çünki bunlar acıdan başqa nəsnələr deyildi.Gözlərimi yumub baxırdım ulduzlara məsələn.Səbəb?Onları görməmək deyildi.Sadəcə hiss etmək idi.Bilirəm bu mümkünsüz idi amma mən həmişə mümkünsüzü istədim.Gözlərim hər zaman getmiş qatarın dalınca baxdı.Əllərim hər zaman ayrılmış əllərin istisi ilə ovundu.Ürəyim hər zaman tərk edilmiş qəlblərdə qaldı.Sözlərim həmişə deyilməmiş cümlələrdə gizlədi. Bəli,bu mən idim.Yağışda pəncərədən baxaraq köks ötürən.Çölə çıxdığımda çətir altında gizlənən qızcığaz idim mən.Günəşdə eynək taxan,tez-tez yeriyib qaralmamaq üçün evə gedən insan idim mən.Üşüməmək üçün qardan qaçan adam idim mən.Mən sevdiklərimdən qaçan oldum.Mən yağışdan,günəşdən,qardan qaçan məzlum idim.Mən otağın bir küncündə dizlərimi qucaqlayaraq valideynlərini gözləyən balaca qız idim.Mən qorxurdum amma ağlamırdım.Mən gözləyirdim amma bezmirdim.Mən susurdum amma danışırdım.İçimdə…Heç bir səs çıxartmadan içimdə danışırdım.Qorxumu da,sözlərimi də,ağlayışımı da ürəyimdə yaşayırdım.Mən o vaxtlar Mən idim.İndi kiməm görəsən?İndi gizlənirəmmi?İndi qorxurammı?Bilmirəm amma həyatın mənə verdiyi bütün hədiyyələrdən bezdiyimin fərqindəyəm.Balaca uşaq kimi hədiyyə istəmirəm artıq.Oyun oynamaqdan yorulmuşam.Oyuncaqlarımı da tullamışam.Mən böyümüşəm ey həyat.Eşitsən səsimi bəlkə də hər şey fərqli olacaq amma üzünü məndən döndərdiyin müddətcə eşitməyəcəksən.Fəryadlarıma da,ağlayışlarıma da,səssizliyimə də kar olacaqsan.Gözlərin də bağlanacaq.Görməyəcəksən əzablarımı,əziyyətlərimi.Belə çıxır ki,kor da olacaqsan.Həm kor,həm də ki kar həyat olaraq qalacaqsan.Və mən səni müalicə edən həkim rolunu oynamalıyam.Axı demişdim ki,yorulmuşam.Oyun olmayacaq daha.Real və mən olacaq.Bundan sonra böyümüş bir qız olacam.Böyümüş qız və həyatı sağaltmağa çalışan bir həkim…


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+13=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0418 saniye