Məndən imtina etmə ana!
Sevinc Bayramova tərəfindən "Digər yazılar" bolməsinə 17:30 15 noyabr 2012 tarixində əlavə olunmuşdur

Bu yazı bəzi anaların hamiləlik anında uşaqlarının şikəst olmasını bildikləri anda uşağı o anda abort etdirən analara həsr olunur. Amma onu da unutmasınlar ki, o uşaq bu dünyada onların imtahanı, o bir dünyada isə əbədi xoşbəxtliyi, yəni cənnəti ola bilər. Allah bizləri bu dünyanın imtahanlarından üzüağ çıxanlardan etsin. Amin!

Necəsən, ana?

Mən yaxşıyam. Doğulmama çox az qaldı. Amma sənə söyləməyim lazım olan bir şey var. Bəzilərinə görə bəzi əskikliklə dünyaya gələcəyəm..."Əlil" deyəcəklər mənə. Amma mən kimsədən üzr istəməyəcəm, ana. Səndən başqa... Səndən indidən üzr istəyirəm. Gözlədiklərinin hamısına layiq ola bilməyəcəyim üçün. Qonşular uşaqlarını mənimlə oynatmaq istəmədiyi zaman boynunu əyəcəyin üçün. "Mənə normal övlad belə vermədin" sözünü eşidəcəyin gün bu sözlərin q ulağında yaradacağı əks-sədası üçün. Mağazaları gəzib velosiped seçəcəyin şirin həyəcanın yerinə, təkərli araba almanın kədərini sənə yaşadacağım üçün. Çağırılmayacağmız hər ailə yığıncağı, bayramlar, gəzintilər üçün... Ya da çağırılacağın, amma mənə görə gedə bilməyəcəyin hər yığıncaq, toy-bayram üçün...

Üzr istəyirəm, ana!

Amma səndən bir istəyim var - m əndən heç vaxt imtina etmə, ana! Ayaqlarım gücsüz ola bilər. Pilləkənləri çətinliklə qalxa bilərəm , heç vaxt məni qaldırmağa çalışma, ana! Gəl maneələri yenə birlikdə aşaq. Amma sən əlimdən tutma! Mənə kömək etmək istəyirsənsə, yuxarı çıx və mənə "Gəl" de!

Çıxa bilmədiyim üçün bəlkə də ağlaya bilərəm. Amma sən ağlat məni, ana! Səndələsəm də daha çox pilləkənlərlə çıxarmalısan məni. Yoxsa heç vaxt güclənə bilmərəm. Qulaqlarım yaxşı eşitməyə bilər. Danışmağa başlamağım bir az vaxt ala bilər. Amma sən heç vaxt susqun olma, ana! Daha çox danışmalısan mənimlə! Daha çox mahnı oxumalı, daha çox kitab oxumalısan mənə! Yoxsa heç vaxt danışa bilmərəm...

Bəlkə ətrafındakı insanlardan bir az fərqli bir üzüm ola bilər. Çox yaxşı görünməyə bilərəm. Amma sən yenə də gözəlmişəm kimi bax mənə, ana! Elə bax ki, mən də aynaya baxdığım zaman qarşımda gözəl bir üz görə bilim. Yoxsa heç vaxt özümə gülümsəyərək baxa bilmərəm. Bəzi şeyləri dərhal qavramaya, tez anlamaya bilərəm. Amma sən yenə izah et mənə, ana! Dəfələrlə izah et! Məndən heç vaxt imtina etmə! Yoxsa heç vaxt öyrənə bilmərəm.

Son bir şey: xahiş edirəm bu sətirləri oxuyarkən ağlama! Çünki inan, mən yazarkən heç ağlamadım ana!


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
7+28=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0243 saniye