Mənə onlardan danış.
Muzafferus tərəfindən "Şeir" bolməsinə 10:56 17 iyul 2017 tarixində əlavə olunmuşdur

mənə danış tanrılardan,
mənə danış ruhlardan,
mənə danış dinlərdən,
mənə danış simvollardan.
mənə danış maraqlı bir nağıl.
mənə danış kiçik bir hekayə.
mənə iki yalan, bir həqiqət danış.
mənə cəzalardan, bəlalardan danış.
mənə hədiyyələrdən danış.
mənə yollardan danış.
axtarışlardan.
yollarda azıb qalanlardan.
axtarıb tapmayanlardan,
tapıb inanmayanlardan.
mənə sevgidən danış,
mənə nifrətdən danış.
bir az şirin-şirin danış,
bir az kədərlə danış,
yox, yox,
yüksək səslə yox.
gəl gir yuxularıma,
mənə oradan danış.
mənimlə danış,
eşidim səsini,
bilim kədərini.
görüm.
yox.
görmək istəmirəm.
yumum yenə qaranlığa gözlərimi.
əsas eşitdiklərimdir, deyil gördüklərim,
kiçik bir həqiqət parçası belə.
mən hardayam bu yolda belə?
bəs başqa kim itirib hər şeyi,
unudub bütün bildiklərini?
kim bənzəyir sənə?
kim bənzəyir mənə?
mənə, mənə bənzəyənlərdən danış.
ya da yox,
mənə qorxaqlardan danış.
axtarışçılardan danış.
kiçik tanrılardan danış.
bilənlər varmı həqiqətləri?
deyənlər varmı yalanları?
kim?
itmiş arzulardan,
batırılmış gəmilərdən.
mənə kədərdən danış.
mənə kədəri yaradan insanlardan danış,
mənə kədəri yaşayanlardan danış.
mənə insanlardan danış;
mənə onlardan danış,
mənə onlardan danış.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+17=
Hesaba giriş
Müəllif

Muzafferus
Haqqında
"Şizofrenik Saturn" və "Nar dənələri" kitablarının müəllifi.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0271 saniye