Məni aldatmaq asandır,
Çünki tez inanıram.
Buz kəsilmiş qəlbləri,
möhürlənmiş dilləri
nəzərə almıram...
Məni aldatmaq asandır!
Hamını eyni bilirəm
həyatın bir sınağından çıxıb,
yeni bir imtahanına girirəm...
Məni aldatmaq asandır!
Üzündəki üzləri görmürəm,
ya da görmək istəmirəm.
Qəlbindəki nankorluğu,
dilindəki saxta kəlimələri
görməməzlikdən gəlirəm...
Məni aldatmaq asandır!
Tez inanıram.
Qəlbimi ovsunlayan mərdlik sözünə aşiq olub,
arxamca kəlimələri ustalıqla seçib
üzümə gülümsəyən,
insanlıqdan kənar insanlara inanıram!
Aysel Abdullazadə...