Məni cəlb edən insan tipi..
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 21:26 20 fevral 2018 tarixində əlavə olunmuşdur
Seksist yanaşmayacam. Kişi və ya qadın daxilən maraqlı olmasa, qarşısındakı insan üçün sönük olur. Bu sönüklük də istənilən münasibətdə soyuqluq, yetərincə qızışmayan, sərin bir sərhəd yaradır. Bir qadın olaraq çıxış edirəm. Kişi maraqlı deyilsə, onu mənə nə bağlaya bilər? İlişkidə ən başlıca şeylərdən biri maraq axtarmaqdır. Partnyoru kəşf etməkdir. Kəşf ediləcək nəsə yoxdursa, o ilişki məhvə məhkumdur. Ortaq maraqlar olmasa da olar. Önəmli olan fərdi maraqların olmasıdır. Fərdi maraq dairəsi birlikdəlik yarada bilir.
 
Mən qadınam. Qarşımdakı kişinin mizah anlayışı yoxdursa, bu iş olmaz. Gülmək üçün bəhanə yox, səbəb lazımdı. O səbəb isə fikir istehsalı tələb edir.
 
Bir kişinin hər hansı bir elmi sahədə biliyi yoxdursa, o insan həyatda yer tapmamış deməkdir. Məsələn, coğrafi biliyi geniş olan, ədəbiyyat marağı dərin olan, tarixi sevdiyi üçün daim araşdıran, riyazi dərinlikləri çəkib-çevirən və.s kimi dərin qatlara enməyi bacaran kişi 1:0 öndədir.
Bir kişi, çalışdığı və ya sevdiyi bir sahəni-peşəni mükəmməl bilməlidir.
Film seçimi, musiqi zövqü, əyləncə növləri bilməyən kişi ən sıxıcı adamdır. Filmə gedək deyəndə hansına? deyə sual vermək yerinə, təkliflər irəli sürməlidir.
 
İçki zövqü formalaşmayan kişi gözəl sevə bilməz. Viski masası ətrafında hansı mövzuda söhbət ediləcəyini, rakı ilə balıq birlikdəliyinin verdiyi zövqü, qırmızı şərabın neçə illik olduğunu təxmin etməsi mütləqdir. 
 
Velosiped sürməyən, piknik etməyi sevməyən adam doğaya sevgisizdir. Bu isə insanın dayazlığıdır.
Bunları gerçəkdən sevməyə bilər, özünüzdə tapmaya bilərsiniz. Amma mütləq individual maraqlarınız olmalıdır.
 
 
Aysel Abdullazadə...
 
 

... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+4=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0428 saniye