mənim Allahım
Bəhram Həsənov tərəfindən "Digər yazılar" bolməsinə 03:11 21 dekabr 2012 tarixində əlavə olunmuşdur

Yazmaq istədim nədənsə... uzun müddətdir yazı yazmıram... hətta gündəliyimi belə yarımçıq qoymuşam... yüzlərlə bəhanəm var... həvəsim yoxdu, işlər çoxdu, maraqlı mövzu yoxdu...

həmişə eyni mövzulardan yazmışam... sevgidən və ölümdən... həqiqi olanlardan yazmağı sevirəm...

 

bu dəfə Allahdan yazacam.. ama bildiyiniz, görmədiyiniz, görə bilmədiyiniz, görmək istəmədiyiniz və görünməklə əlaqəsi olmayıb hər şeyi görən Allah haqqında yox... Sevdiyim, inandığım, sığındığım, mən onunla danışmaq istədiyimdə yanımda olan, məni dinləyən və əlini çiynimə qoyacaq biri olmadığında çiynimdə `toxunuşunu` hiss etdiyim, uzalı əlim havada qalanda onu boş geri qaytarmayan, ona üsyan etdiyimdə belə məndən üz döndərməyən Allahdan...

onu lap uşaqlıqdan mənimlə tanış etmişdilər... Allah baba deyərdik, ama o həmişə cəzalandırardı... belə deyirdilər bizə... yalan danışma, oğurluq eləmə Allah baba görür, sora səni cəzalandırar... ikinci dəfə 11 yaşımda tanıtdırdılar onu mənə...Mədrəsədə... O Rəhman və Rəhim idi... o gühahları bağışlayırdı... indiki kimi yadımdadır əlavə qılınan hər 2 iki rükət namaza görə Allah bir günahımızı silər demişdilər... 3 gün sərasər məsciddə namaz qılmaqla keçirmişdim... Məscidə girəndə həqiqətən də Allahın evinə qonaq gəlmişəm deyə sanırdım... elə demişdilər...

üçüncü dəfə isə 2 il öncə tanıdım... bu dəfə özüm... heç kim mənə Onu təqdim etmədən... mənə Ona müraciət edə biləcəyimi demişdilər, mənsə Onun da mənə cavab verəcəyini anladım... anladım ki, Allaha müraciət üçün sadəcə istəmək yetərlidir... Mütləq deyil ki, əlini yuxarı tutasan... Allah elə bizim aramızdadır, yaradılışın özündədir... insnalara heç zaman yuxarıdan aşağı baxmayıb... onu yuxarıda axtarnalar elə yuxarı baxa baxa uçuruma yuvarlanıblar...

günah etmək qorxusu və savab etmək şövqü ilə yaşayanları anlamıram... Mənim bildiyim Allah insnaları cənnətə və cəhənnəmə günaha və savablarının sayıana görə deyil, necə yaşadığına görə ayırd edəcək... və mənim bildiyim Allah insnaları sadəcə cəhənnəm adıyla düz yaşamağa çağırır... qıymaz o öz bəndələrinə...

belədir mənim tanıdığım Allah: Rəhamndır və Rəhimlidir, toxuna bilməzsən ama hiss edə bilərsən, ən çətin anında o sənin əlindən tutmaz ama tutacaq birini mütləq yetirər...

``Allah bizim Allahdı keçər günahımızdan``


... dəfə oxunub
Qiymət: 9/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
7+23=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0268 saniye