Mənim hekayəm (Part3)
Mehriban tərəfindən "Digər yazılar" bolməsinə 21:18 20 iyun 2014 tarixində əlavə olunmuşdur

Sonra birgün həmin dayımqızı mənə onunçün onun seçdiyi temalı bir hekayə yazmağımı istədi. Razılaşdım. Əslində bu mənimçün çox çətin oldu, çünki o vaxta qədər sadəcə ilham gəldiyi vaxt dərin hisslərlə dolu yazılar yazırdım. Nəticədə hekayəmi yazdım. Gənc bir oğlanın depressiyası və intiharı haqda hekayə yazdım, birazda dərs verici olsun deyə, oğlanın ölümündən sonrası haqda da bir hissə yazdım. Ümumi verdiyim mesaj "İntiharla heçnə düzəlmir" idi. Bu hekayəm əvvəlkindən daha çox bəyənildi. O hekayəni öz adımla paylaşmağı çox istəmişdim. Qismət olmadı deyə birdə heçkim üçün yazmadım. Yazdığım kiçik həcmli hekayələrimə heyfim gəlir.Hamısı ya orda burda itdi yada başqalarının adıyla paylaşıldı. İndi 15 yaşım var bu son illərdə sadəcə kiçik statlar yazmışam. Necə deyəllər paslanmışam)) Bu illərdə yazdığım bütün yazılar depressiv temalı olduğundan onları heç lazımlı saymıram. Əvvəllər motivasiya temasından istifadə edirdim. Geri dönmək üçün xeyli çabalamalıyam əvvəlki kimi beyin fırtınası olmaqçün yəni:) Siz, siz olun heçvaxt yaxşı bildiyiniz işin ucunu buraxmayın! Sonra mənimkimi körpünün ortasında ilişib qalarsız. UGURLAR! :)


... dəfə oxunub
Qiymət: 8/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
5+10=
Hesaba giriş
Müəllif

Mehriban
Haqqında
Özüm özümlə danışdığım qədər başqa biriylə danışmıram. Səbəb dəlilik deyil sadəcə bilirəmki insanı en yaxşı özü dinliyə bilər ...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.029 saniye