Mənim nağıllarım
Vüsal Məmmədzadə tərəfindən "Esse" bolməsinə 11:59 28 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Nağıl var, ucsuz bucaqsız dənizlərdən bəhs edir. Həmin dənizlərdə üzən qayıqlardan, kimsəsiz adalardan, həmin adaya düşmüş əlacsız insanların sağ qalmaq mübarizəsindən... 

Elə nağıllar var ki, orada pis adamlar yoxdur. Insanlar bir birini sevir. Heç kim kasıb deyil. Orada heç kim varlı da deyil. 

Nağıl var ki, zalım padşah haqqındadır. Ölkəsinə, insanlarına zülm edən padşah... Amma sonunda həmin zülmkar padşah xalqından rəhm diləyir.

Nağıl var ki, susuz çöllərə yağış yağdırmaq üçün Allaha dualar edən insanların fəryadlarından danışır. Nağıl da var, oradakı insanlar leysanların əmələ gətirdiyi seldən sağ çıxmağa çalışır. 

Nağıl var ki, özünə dost axtaran bir böcəkdən bəhs edir. Bəzi nağıllarsa, dostlarına əziyyət verən insanlar haqdadır. 

Elə nağıl var ki, orada Vətənini tərk etməmək üçün qışda köçüb getməyən quşun soyuqda necə donub öldüyünü təsvir edir. Nağıl da var, yazda, ağacların çiçək açdığı vaxtda kəndindən şəhərə fəhləlik eləmək üçün gələn bir cavandan bəhs edir.

Bəzi nağıllarda qara qoçun üstünə minən igidin düşməni necə məhv etməsindən danışırlar. Nağıllar da var, ağ qoçun belində öldürülən döyüşçülər haqdadır.

Nağıllar var, sonunda göydən üç alma düşür. Nağıllar da var, sonu olmur...


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
7+26=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0226 saniye