Mentalitet
Graf tərəfindən "Ədəbi tənqid" bolməsinə 16:20 01 iyun 2014 tarixində əlavə olunmuşdur

Çox vaxt mentaliteti inkar elədiyimə görə qınaq obyekti olmuşam. Həm yaşlı, həm də elə bu cavan nəsil tərəfində. Amma, heç kim anlamır ki, mən mentaliteti ümumiyyətlə inkar eləmirəm. Mənim etiraz elədiyim, 20-ci əsrdə ata-babalarımızın əməl etdikləri mentalitetdi, hansıki 21-ci əsrdə biz də həmin mentaliteti tutub durmuşuq. Halbuki çoxundan soruşsan heç mentalitetin nə olduğunu belə bilmir.

Mentalitet – bir qrup insanın eyni dövrdə eyni cürə hərəkət etməyə özünü məcbur hiss etməyidir. İngilis dilində tam qarşılığı “sürü davranışı və ya düşüncəsi” olaraq gedən mentalitet elmdə daha çox qoyun, at kimi heyanlara aid edilsə də bəzi, xüsusilə də şərq cəmiyyətində bu formalaşmış sistemə tez-tez rast gəlinir. Mentalitet insanların inkişafının qarşısını alan, hətta geriləməyə aparan, onları öz dövrlərinə görə yox, özlərindən qabaq yaşamışların adətləri və şərtləri ilə yaşamağa vadar edən bir məvhumdur. Elmdə bir növ psixoloji xəstəlik kimi də qəbul edilən mentalitetin əslində “sürüdən dala qalma” qorxusu əsasında formalaşdığı müəyyən edilib. Lakin, qəribə tərəfi odur ki, bu qorxunu “sürü”nün bütün üzvləri keçirir.

Yaşlı nəsillə çox ünsiyyətdə olmuram. 2-3 üç il bundan əvvələ kimi “dünya görüşü”, “mentalitet”, “savad”, bu kimi mövzular ətrafında olan müzakirələrə çox qoşulurdum. Müasir gənclərin “köhnə insanlar”dan daha geniş düşəncəyə malik olduqlarını sübut etməyə çalışırdım. Onda fikir verdim ki, yaşıma uyğun danışmamağım müəllimlərdə, yaxud özümdən böyük qohumlarda bir növ qıcıq yaradırdı. Həm də vaxt keçdikcə görürdüm ki, həmin o geniş düşüncəli saydığım gənclər də get-gedə “köhnələr” kimi düşünməyə başlayırlar, onların davam etdirdikləri standartlarla yaşamağı özlərinə borc bilirlər. Məhz bundan sonra bələ müzakirələrdən uzaq durdum. Sadəcə qıraqdan baş verənləri izliyib özlüyümdə təcrübə kimi toplayrdım. Belə-belə soyuq bir insan formalaşdırdım içimdə.
“Bizim mentalitetə xas deyil...” cümləsini hər birimiz dəfələrlə eşitmişik. Məsələ burasındadır ki, bu xas olmayan bütün məvhumları bir yerə yığsaq bu ölkədə yaşamağın mümkünsüz olduğunu görərik. Amma, yaşıyırıq... Niyə? Çünki, mentallıq şüaraltına hopdurulmuş mifoloji bir şeydi.Göz qabağında olan ən sadəsini misal gətirim: mentalitetimizə görə qızlar şalvar geyinməməlidi. Əgər səhv deyirəmsə, elə indicə monitora tupurub keçin bu yazının üstündən.
Dünyanın heç bir yerində mentalitet yoxdu. Hər kəsin öz həyat tərzi var. Millətə maraqlı deyil sənin qız olaraq siqaret çəkməyin, ərə getmədən sevdiyin oğlanla bir evdə yaşamağın. Toyunuzu harada eləməyiniz, nə qədər pulun xərclənməyi. Heç biri maraqlı deyil. Bakirəliyini ərinə saxlayan qızlar var, hansı ki, dodaqları bəlkə də 100 kişidən “hamilədi”. Məncə sən iki ayağının arasını düşünməkdənsə millətə dəyər verib, sabah bu ölkə üçün necə xeyirli bir vətəndaş olacağını fikirləş.
Və mənə bir şey də çatmır. Bir tərəfdən inteqrasiya deyirik, o biri tərəfdən bu zibilə qalmış mentaliteti tutub buraxmaq istəmirik. Mənim üçün bu iki amildən heç biri nə önəmlidi, nə də maraqlı. Həyatımı özüməməxsus tərzdə yaşayacam onsuz da.
Keçən il Ukraynada olanda mən orda tam başqa bir struktur gördüm. Orda kapitalizimdən yaxşı nə vardısa saxlayıblar və sosializmin də ən yaxşı tərəflərini qəbul eliyiblər. İndi TV-lərdə xəbərlərdəki mitinqləri görüb elə fikirləşməyin ki, Ukrayna bərbad ölkədi. Siyasi baxımdan problem ola bilər. Amma, millətinə baxın. İstədiyindən tutub buraxmaq istəmir. Bizdə ayda-ildə bir mitinq eliyirlər, araya 4-5 polis girən kimi hərə girməyə bir siçan deşiyi axtarır. Bu da bizim “millətçilik”.
Sözümün canı ondadır ki, hər ağlınıza gələni mentalitet eliyib ortalığa atmayın. Adam kimi adam olun, millət kimi millət formalaşdıraq... Geriyə çəkməklə heç nəyə nail ola bilməyəcəyik...


... dəfə oxunub
Qiymət: 6/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
3+22=
Hesaba giriş
Müəllif

Graf
Haqqında
Copywriter & Corrector; Student at the AzTU; Solo guitarist (nEURO band);
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0247 saniye