Mərdi qova-qova namərd edərlər...
Nuranə Rəhimova tərəfindən "Digər yazılar" bolməsinə 01:59 30 aprel 2012 tarixində əlavə olunmuşdur

        1 mərd var idi, 1000 namərd... Amma atalar sözü də çox idi... El gücü, sel gücü.Güc birlikdədir.

Tək əldən səs çıxmaz. 

      Beləliklə, 100 namərd bu atalar sözlərindən ilhamlanıb, tək olan mərdi qovdular. Mərd də qaçdı, "Asta qaçan namərddir" deyib, qaçdı. Qürbət eldə xan oldu, amma vətənində dilənib gəzməyə hazır idi. Çox düşündü, illər keçdi, zaman hər şeyin dərmanı oldu. Mərd də qocaldı. Dedi : " Gəzməyə qərib ölkə , ölməyə Vətən yaxşı ". 

     Qayıtdı Vətənə. Namərdlər dedi: " Xalq düşmənidir. Vətəni atıb qaçıb, Vətən xainidir".  

     Edam elədilər mərdi.  Qəbir daşının üstündə də iri həriflərlə yazdılar :" NAMƏRD !!! VƏTƏN XAİNİ !!! " 


... dəfə oxunub
Qiymət: 9/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
7+32=
Hesaba giriş
Müəllif

Nuranə Rəhimova
Haqqında
Bakı Slavyan Universitetində jurnalist təhsili alıram.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0327 saniye