Merilin Monronun indiyədək çap olunmamış şeiri
Şəfiqə Şəfa tərəfindən "Şeir" bolməsinə 18:46 04 mart 2016 tarixində əlavə olunmuşdur

Ötən əsrin ortalarında parlayan Merilin Monro gənc yaşında dünyadan köçməsinə baxmayaraq, haqqında bəlkə də ən çox danışılan, məlumat axtarılan ulduzlardandır. Bu gün onun filmləri izlənilir, gözəlliyi, stili müzakirə olunur. Amma maraqlıdır ki, Merilin Monronun şeir yazmağı da vardı. Bəzi mahnılarının sözlərini özü yazsa da, ədəbiyyatla ciddi olaraq maraqlanmayıb. Buna baxmayaraq, onun 400 kitablı şəxsi kitabxanasının olduğu bildirilir. Bu yaxınlarda isə ölməz aktrisanın çap olunmamış şeirləri aşkar olunub. 

 

Təkcə hissələrimiz nə vaxtsa

Bir-birinə toxunacaq –

Hər kəsin öz həqiqəti, elə özünə məxsusdur,

Biz yalnız bir parçamızı paylaşa bilərik,

Digərimizin anlayıb, qəbul edəcəyi hissəmiz –

Qəlbimizdir, qəlbimiz...

Bu səbəbdən çox hissəmiz tənhadır,

Demək ki, təbiətdə aşkardır bütün bunlar

Ən yaxşı halda bəlkə edə bilərik,

Qovuşub birləşərik,

Amma yenə qəlbimiz tənhalığa can atar,

Yenə də idrakımız başqa təklik arayar.


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+24=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0412 saniye