N027 Qatil.
Uraqan tərəfindən "Hekayə" bolməsinə 22:20 05 may 2018 tarixində əlavə olunmuşdur

Roman

Qəfəsdəki Məhbuslar

 

Hadisələr interpolun 150 nəfərlik gizli həbsxanasında cərəyan edirdi. Əgər nə vaxtsa belə bir həbsxananı axtarmağa çalışsanız, onu heç bir zaman, heç yerdə tapa bilməyəcəksiniz. Orada olan insanlarsa yaşadığımız dünyanın reallıqlarından çox uzaqda özləri üçün bir dünya qurub yaratmış və bu qanunları öz həyatlarına hopdurmağı bacarmış insanlardır. Əgər onlara insan demək olarsa. Xeyr onların bir çoxu sadəcə insan formasında olan məxluqatlar idi. Elə bu səbəblərə görə də bu məxluqları yaşadığımız dünyanın reallıqlarından çox uzaqda bir yerlərdə günlərini keçirmələri labüd sayılırdı. Lakin o insanlar arasında da normal sayıla biləcək insanlar vardı. Hansı ki, onlar pis olan bir sistemin daha da pisləşməməsi üçün çalışan insanlar idi. Xeyr hələki onların kim olduğunu sizlərlə danışmayacağam. Oxuduqca, izlədikcə hər şeyi yaxşı başa düşəcək və biləcəksiniz ki, bütün bunları sizə niyə danışıram.

Hər şey 151-ci dustağın həmin həbsxanaya gəlməsindən sonra başladı. Bu dustağı digərlərindən fərqləndirən isə oxumuş və ziyalı adam olmasıydı.  151-ci dustaq bir müəllim idi. Ona görə də digər dustaqların heç birinə bənzəmirdi. Onun nəyə görə bu həbsxanaya göndərildiyini dəqiq heç kim bilmirdi. Deyilənlərə görə şərlənərək həbsə göndərilmişdi. Hündür boy, uzun saçlı və səliqəli saqqalı olan müəllimin adı Robert Slayer idi. Slayeri tanımayan heç kim, onu ilk görünüşdən müəllimə bənzətməzdi. Gözlərinə baxdığın zaman yorğunluğunu hiss etmək olardı.

Hərəkətlərindən anlamaq olurdu ki, qaydaları heç zaman sevməz, düşdüyü hər yerin qaydalarını öz fikirlərinə əsasən dəyişməyi sevərdi. Bəzənsə bu qaydalar ona baha başa gəlirdi. Ola bilsin hər ideya öz-özlüyündə müəyyən qurban tələb edirdi. Təəssüf ki, sonuncu ideyasının ən böyük qurbanı isə özü olmuşdu. Onun nəyə görə bura göndərildiyini də deməyəcəm. Bunun səbəbini öz dilindən eşitmək daha yaxşı olar.

Məhkəmə zalından əlinə qandal vurulmuş halda çıxdı. Daha bilirdi ki, onu, sizə haqqında danışdığım İP-918 (İnternational Parasites) həbsxanasına göndərəcəklər. Lakin bu həbsxananın harada olması barədə heç bir məlumatı yox idi. Sadəcə tək bildiyi şey bu həbsxananın heç kimə məlum olmayan yerdə yerləşməsidir. Axı ona kim deyə bilərdi ki, onu hara yola salırlar. Hətta bu haqqda onu yola salan zabitlərin də bir məlumatı yox idi. Zabitlərə tapşırılan tək şey isə məhbusu sahilə qədər gətirib sağ-salamat çatdırmaqdır. Burdan sonrasında isə onu həbsxana rəhbərliyi qarşılayacaqdılar.

Hər şey deyildiyi kimi oldu və Robert Slayeri gətirib həbsxana məmurlarına təhvil verdilər. İki nəfər məmur geyimi geyinmiş şəxslər sakincə zabitlərlə salamlaşıb məhbusu təhvil aldılar. Tapşırıq tamamlanmışdı. Zabitlər öz avtomobillərinə yaxınlaşdılar və maşını işə salıb oradan uzaqlaşdılar. Robert Slayer məmurlarla birlikdə addımlamağa başladı. Addımladıqca havanı ciyərlərinə çəkirdi. Ola bilsin bu onun sonuncu dəfə təmiz havanı qoxlamasıydı. Özü də bilmirdi bir daha nə vaxt təmiz havaya çıxa biləcək. Addımlar onları gətirib dəniz limanına çıxartmışdı. Burada böyük tankerləri, gəmiləri və çoxlu sayda qayıqları görmək olardı. Slayer hələ də nə olduğunu anlaya bilməmişdi.

- Burdan sonrasını isə gözü bağlı gedəcəyik – məmur dedi. Slayer əlavə söz demədən gözlərini yumdu və örtülməsi üçün işarə verdi. Məmur cibindən qara lent çıxardıb Slayerə daha da yaxınlaşdı. Beləcə qara lentlə gözlərini bağladılar. Gözləri bağlı halda yerimək çətin olduğundan məmurlar onun qollarından bərk-bərk yapışmışdılar. Ayağının altındakı dəmir pilləkəni hiss elədiyi zaman katerə mindiyini anladı. Çox keçmədən hansısa otağa salındığını hiss etdi. Açar səsləri, açılan dəmir qapının taqqıltısı hər birini hiss etmək mümkün olurdu. Məmurlar Slayerə oturmaq üçün kömək etdilər. Edilən köməkdən sonra axır ki, oturmağı bacarmışdı. Gözləri görməsə də səsləri eşidə bilirdi. Məmurlar qapını bağlayanda cıyıltı səsini də eşitdi. Cıyıltı səsi taqqıltı səsiylə əvəz olunanda bu səslərə açarın səsi də əlavə olundu. Qapının kilidlə bağlandığını anlamaq olurdu.

Görəsən nəyə görə onun gözlərini bağlamışdılar. Axı nəyi görməməli idi? Əlini atıb gözlərini açmaq istəyərkən qarşısında kiminsə qışqırtısını eşitdi:

-  Gözlərini açmaq olmaz.

-  Nəyə görə? - Slayer əlini gözlərindən çəkərək soruşdu

-  Çünki, sən bizim hara gedəcəyimizi görməməlisən!

- Başa düşürəm birdən geri qayıtmaq istəyərəm.

-  İstəsən də geri qayıda bilməyəcəksən.

-  Yəni bu qədər çətindir? - Slayer təəccübləndi.

-  Mümkünsüzdür! - Qarşısında oturan şəxs cavab verdi.

-  Mümkünsüz sadəcə onu edənə qədərdir.

-  Baxıram ki, ağlı başında olan bir adama bənzəyirsən. Çox qəribədir.

-  Nədir qəribə olan?

-  Adətən sənin kimi dustaqları bizim həbsxanamıza yollamırlar. Bəs səni nəyə görə bura göndərdilər?

-  Onu məhkəmədəki hakimnən soruşun.

-  Bəlli ki, bundan öncəki həyatında çox qarmaqarışıq bir həyat yaşamısan. Sənin törətdiyin cinayət nədir?

- Bildiyim qədərilə həbsxananıza göndərilən bütün dustaqlar haqqında əlinizdə məlumatlar olur. Ora baxaraq anlaya bilərsiniz.

- Bizim də bilmədiyimiz şeylər var. Qəribəsi dəso odur ki, sən kimin ayağını tapdalamısan ki, səni bütün cəmiyyətdən uzaqlaşdırırlar.

Slayer heç nə demədi. Görəsən kimin ayağını tapdalamışdı ki, onu bu həbsxanaya yollamışdılar. Hara getdiyinə dair əlində heç bir məlumat yox idi. Tək bildiyi bu yerin İP-918 olmasıydı. Bunun bir açıqlaması varmı, əgər varsa mənası nədir? Heç nəyi bilmirdi. Öyrənmək üçün tələsmirdi. Bəlkə bu sualın cavabını tapa biləcəkdi. Ancaq indiki vəziyyətdə ən yaxşı seçim susmağı idi.

Hardasa iki saat yol getdilər. Bu vaxt ərzində heç biri əlavə bir kəlmə də kəsmədi.  Slayer yaxşı bilirdi ki, mənasız suallarla qarşısındakını bezdirməkdənsə biraz səbr edib hər şey öyrənmək daha yaxşıdır. Hər insanda olduğu kimi onun da səbri tarıma çəkilirdi. Bəzən üşüdüyünü hiss edirdi, bəzənsə hava çox isti olurdu. Yəginki bunun mindikləri katerin sürətiylə bir əlaqəsi vardı. Səslər eşitməyə başlamışdı. Gəldikləri yerə çatmışdılar. Qarşısında oturan adam ayağa qalxdı və Slayerin qalxması üçün kömək etdi. Qəfəsin qapısını açdı və birlikdə oradan çıxdılar. Otaqdan çölə çıxdıqları zaman üzünə düşən günəş şüalarını hiss etdi.  Çox yeriməmişdi ki, yanında dayanan adam onun qolundan tutub dayanmasını əmr etdi.

- Nəyə görə hələ də gözlərini bağlamısız? Aça bilərsiniz – Qarşıdan gələn bir nəfərin səsini eşitdi. Slayerin yanında dayanan adam əliylə qara lenti onun gözündən dartıb çıxartdı. Günəş şüaları bir neçə saniyəlik gözünü qamaşdırsa da, özünə gəlməyi çox çəkmədi. Yanında dayanan adam məmur paltarı geyinməmişdi. Əynində bahalı kostyum vardı. Qarşısında dayanıb gözlərinin açılması üçün əmr edən adamın həbsxana müdürü olduğunu anlamaq çətin olmadı. Müdür təxmini əlli yaşlarında olardı. İlk baxışdan necə bir insan olduğunu anlamaq çətin idi. Kilosu artıq olduğundan yeyib yatan bir insan görüntüsü də bəxş edirdi. Üzündə xeyli qırışlar vardı. Bu qırışlar onun bura heç də rahat yollarla gəlmədiyinə işarə verirdi. Dediyim kimi üz cizgiləri bədən ölçüləri ilə ziddiyyət təşkil etdiyindən onun necə bir insan olduğunu demək heç də asan deyildi. Səliqəli geyinmiş bu adam əsl aristokrat görüntüsü bəxş edirdi.

- Xoş gördük, cənab Slayer – deyərək onunla salamlaşdı. Slayerin əhval ruhiyyəsi yerində olmadığından laqeydcəsinə başını yellədi.  Müdür təkrar sözünə davam etdi:

- Uzun yol gəlmisiniz. Yəginki çox yorğunsunuz. Buyurun, mənim otağıma gəlin. Sizinlə bir məsələ haqqında danışmaq istəyirəm. Mən bu həbsxananın müdürüyəm.Adım Duqlas Martel - bunu deyərək müdürün otağına doğru addımladılar.

Robert Slayer gəzdikcə ətrafına yaxşı-yaxşı baxırdı. Bu əsl tanker idi. Ancaq deyildiyi kimi bir təəssürat yaratmırdı. Görüntü etibarilə böyük yük tankerinə bənzəyirdi. Hətta sola baxdığı zaman helikopterlər üçün dayanacaq belə vardı. Yəginki bura gələn helikopterlər vasitəsilə lazım olan qida və digər alət və ləvazimatlar gətirilirdi. Helikopter dayanacağının arxasında böyük taxta qutular qoyulmuşdu. Onların içində nələrin olduğu Slayerə məlum deyildi. O, addımladıqca gözlərinin önündə keçmiş canlanırdı. İndi isə keçmişi yadına salmaq istəmirdi. Doğruluq, ədalət və bərabərlik tamam başqa məvhumlar idi. Bir insanın haqqı axtarmağı heç də həmişə ədalətlə nəticələnməz. Bəzən haqqı tapdığın zaman, ədalətsiz bir qərarla üz-üzə qalar, bəzən də ədalətli olsun deyə hansısa haqsız qərarı verə bilərdin.

Robert Slayer bunları düşünərək müdürlə pilləkənlərə tərəf addımladı. Tankerin yuxarı səthindən içəriyə daxil olmaq üçün pilləkənlər salınmışdı. Pilləkənin sonundaysa onların qarşısında bir qapı vardı. Müdür açarla qapını açaraq əvvəlcə Slayerin keçməsi üçün işarə etdi. Özü də qapıdan keçdikdən sonra bahalı kostyum geyinmiş məmur qapını bağladı. Maraqlıdır nəyə görə heç bir qəfəs görsənmir. Əgər bu bir həbsxana məhbusları üçün dusdaqxana olsaydı, buranın məhbuslarını da görmək olardı. Öyrənməyin bir yolu vardı. Slayer səbr etməli və gözləməliydi.

Addımlar qapıdan uzaqlaşdıqca işıqlar biraz da azalmağa başlayırdı. Ancaq qaranlıq deyildi. Qaranlıq sadəcə işığın olmamasıdır. Buralarda isə, işıq az da olsa yanırdı. Yəginki, elektrikə qənaət etmək üçün idi. Qarşılarına çıxan döngədən sonra isə dəhliz çox ensizləşmişdi. Dəhliz nə qədər dar olsa da qapılar bir o qədər çox idi. Dəhlizin sonuna çatdıqları zaman yerlərində dayandılar. Kostyum geyinnmiş məmur növbəti qapını açdı və müdürlə Slayer içəri daxil oldular. Amma nə üçünsə Məmur otağa keçmədi və arxalarınca qapını örtdü. Daxil olduqları zaman buranın bir ofis olduğunu anladı. Bəli bura müdürün ofisiydi. Müdürün kreslosunun arxasında sadəcə dairəvi pəncərə vardı. Sanki bir akvarium idi. Bütün ökeanı izləyə biləcəyi bir akvarium onun ən böyük maraqlarından biriydi. Masanın üstündə olan ləvazimatların hər biri səliqəylə düzülmüşdü. Tankerin dəhlizlərindən fərqli olaraq bu otaq çox işıqlıydı. Ətir qoxusu saçan ofisə baxdığın zaman buranın bir həbsxanaya aid olduğunu demək olmazdı.

Duqlas Martel əliylə kreslonu göstərərək dedi:


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+14=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0289 saniye