Nağıl qurtarıb
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 15:44 13 dekabr 2015 tarixində əlavə olunmuşdur

Qurtarıb deyəsən

nağıl, qalmayıb.

Dəlisi bir yana,

gici bir yana.

daha ağıllıda

ağıl qalmayıb.

Bir vaxt nağıllarla

yatan körpələr,

İndi öz qəribə

nağıllarıyla,

indi daha dərin 

ağıllarıyla

nağıl danışırlar,

ağıl verirlər.

...Bir zaman səpilən 

çürük toxumdan,

məlumdur nə cürə bəhər dərirlər.


... dəfə oxunub
Qiymət: 10/10(860 səs)
[qiymət ver ]
Şərh yaz
2+14=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0202 saniye