“National Geographic Azərbaycan” jurnalının aprel sayı artıq satışdadır
Yazar.in tərəfindən "Digər yazılar" bolməsinə 22:20 02 aprel 2015 tarixində əlavə olunmuşdur

Cəmi 4 manata dünyaca məşhur dərgini əldə edə bilərsiniz.

 “National Geographic Azərbaycan” jurnalının aprel sayı oxucuların ixtiyarına verilib.

Jurnalın bu buraxılışında vətəndaş müharibəsindən didərgin düşmüş suriyalıların acınacaqlı taleyi, bəşəriyyəti heyrətləndirməkdə davam edən “Hubble” kosmik teleskopunun heyrətamiz tarixçəsi, ABŞ-da köləliyin ləğvində müstəsna rolu olmuş, “Böyük Xilaskar” adlandırılan 16-cı prezident Avraam Linkolnun həyatı və ona edilən sui-qəsd, dünyanın ən iri varanı olan heybətli Komodo əjdahası barədə oxuya, dünyanın müxtəlif ölkələrində daşqınlardan ziyan çəkmiş sadə insanların həyatını əks etdirən maraqlı fotojurnalı izləyə bilərsiniz.

Həmçinin “Tədqiqat” rubrikasında artıq ənənə halını almış “Yerli məqalələr” silsiləsində bu dəfə Azərbaycanda kitabxana və kitab oxucularının durumundan xəbər tuta bilərsiniz.

Hər zamankı kimi, peşəkar, təsirli və yaddaqalan fotoşəkillər bu sayımızı da bəzəyir.

Xatırladaq ki, dünyaca məşhur “National Geographic” brendi Azərbaycana 2014-cü ilin mart ayında “Garant Media Holding”in təşəbbüsü ilə gətirildi və “National Geographic Azərbaycan” jurnalı ilk buraxılışını 2014-cü il sentyabrın 1-də Heydər Əliyev Mərkəzində təntənəli şəkildə təqdim etdikdən sonra dərgi ölkənin bütün satış nöqtələrinə çıxarıldı.

Jurnalı istənilən satış nöqtəsindən ala bilməklə yanaşı, ona həm də abunə olmaq mümkündür.

Dərginin satış qiyməti 4 manat təşkil edir. Bu qiymətə Azərbaycanın istənilən nöqtəsinə çatdırılma da daxildir. Həmçinin 46 manat ödəməklə jurnalın hədiyyə kartını əldə edərək birillik abunə ola bilərsiniz. Hədiyyə kartlarımızı ofisimiz və “Nil” mağazalarından əldə edə bilərsiniz.

Jurnala 012 563 56 25 (daxili nömrə 302) telefon nömrəsi ilə zəng edib abunə yazılmaq olar.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+0=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0395 saniye