Nə biləsən
Xuraman tərəfindən "Şeir" bolməsinə 20:51 12 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Həyat- qaşqabaqlı bir komandirin əsgərə gülümsəməsidir,
Yəni elə bilmə ki, ancaq gülürəm..
Bəlkə o komandirin gözlırinin içindəki şəfqət,
Gözlərinin dərinliklərində qalıb elə, nə biləsən.
Bəlkə də o gur saçları qədər deyil əsgərin sevinci.
Bəlkə komandir də yorğundur verdiyi əmrlərdən, nə biləsən.
Pencəyinin qızılı düymələri qədər saxtadır gülüşü,
Üzərindəki medallar qədər aldadıcı.
Bəlkə də o yaşıl pencəyi təbiətə kinayə olsun deyə geyinib, nə biləsən.
Nə biləsən, iki qaşı arasındakı düyünün nədən olduğunu? 
Ya da bilirsən mi, o da necə yorğundur? 
Bəlkə də əsgər qədər şıltaq deyil arzuları,
Amma əsgərinki qədər ürpəkdir duyğuları.
Həyat - müharibədə düşmənə güllə atan əsgərin utanmasıdır,
Yəni, öldür-öldür , bitmir..
Bəlkə də o düşmən qədər nifrət edir özünə,
Bəlkə də quyudakı Yusif qədər çarəsizdir arzuları,
Amma nə vaxtsa Günəş görəcək..
Düşmənin yaradan gülməsi qədər mənasızdır, əsgərin utanması.
Yəni, nə biləsən..
Həyat - müharibə bitəndən sonra çalınan alqış kimidir,
Yəni..
Lağ mı edirlər, yoxsa həqiqətən canidirlər, bilmirsən..
Ya da şəhidləri çağırırlar alqışlarla, nə biləsən..
Ya da alqış çalıb nalələri susdururlar, nə biləsən..
Ey, komandir, nə mən sənin gülüşün oldum,
Nə də əsgərin utancı.
Ey, komandir, nə mən düşmən oldum, nə də şəhidin anası.
Mən müharibəyəm, komandir,
Gülümsə mənə. 


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+33=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0297 saniye