Necə inşa və esse yazmaq olar
Uraqan tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 16:43 15 aprel 2018 tarixində əlavə olunmuşdur

Necə inşa və esse yazmaq olar?

 Artıq məlumat verməyin. Suala hər tərəfli cavab verin. Fikirləriniz nə qədər yığcam olsa o qədər yaxşıdır. 

  Yazacağınız inşa və ya essenin mövzusunu dəqiqləşdirin. Öz dəsti-xəttiniz olsun. Şərt deyilki ən yaxşısını yazasınız. Bacardığınız qədər pozitiv yazmağa çalışın. Bəzən şən zarafatlarla və ya hansısa fikirlərlə insanları güldürə də bilərsiniz. Bu sizin üçün müsbət hal hesab olunar. Çünki insanlar hiss edərək qavradıqları informasiyanı daha yaxşı yadda saxlayırlar. Ancaq diqqətlə fikir verin ki, bu bayağılığa və həddən artıq "şit"olmasın. 

Artıq təfərrüfatlar verməyin. Bu oxucunu yora bilər. Daha sonra problemin necə həll edilə biləcəyi barədə məlumat verin. Problemin sizə nə öyrətdiyinə diqqət yetirin. 

İnşa və essenizsə qramatik və orfoqrafik səhvlərə diqqət yetirin. Bu cür səhvlər oxucunu çaşdıracaq və axıcılığın itməsinə səbəb olacaq. 

Əgər yazı yazmaq diqqətinizi çaşdırırsa və fikirlərinizi toplayıb cümləni ifadə edə bilmirsinizsə yüksək səslə danışın və bunu bir səs yazısında qeydə alın. 

 İnşa və ya Esseniz başqalarının xoşuna gəlməz deyə təəssüflənməyin. Bəlkə də qarşınızda olan insan sizi başa düşə bilmir. Yazarkən düşünməyin ki, bu hər kəsin xoşuna gələcək ya yox. Sadəcə inanın ki, dünyanın ən gözəl yazısını siz yazırsınız. Əsas olan özünüzün ürəyinizə yatmağıdır.

Con Lennonu. Sözlərini yadınıza salın: Siz gözəl və əsrarəngiz bir şey edirsinizsə, lakin heç kəs buna diqqət yetirmirsə, məyus olmağa dəyməz.

Günəşin çıxması dünyadakı ən gözəl mənzərədir, amma insanların əksəriyyəti bu an yuxuda olur.

 

 

Əlavə suallarınız olarsa saytda qeydiyyatdan keçərək və ya facebook ünvanından şərh yaza bilərsiniz. Diqqətinizə görə sağolun!


... dəfə oxunub
Qiymət: 5/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+25=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0208 saniye