Necə susur qələmlər...
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 16:00 18 mart 2018 tarixində əlavə olunmuşdur

Mən bilirəm necə susur qələmlər,

Necə əsir boş kağızda boş əllər.

Bir vaxt haray çəkib yanan dəyərlər

Külə döndü həyatıma ələndi.

 

Səndə düşmən var deyildi nəfstək,

Görən, necə doğdu axı bu istək?!

Dedi, mən də tənha idim sənintək,

Göz yaşlarım yağış oldu, çiləndi.

 

Tanrı idi zülmət içrə tək sirdaş,

Göz kölgəli qalsın deyə bitdi qaş,

Varlığımdan ürək doğan soyuq daş

Bədbəxtliyin sarğısına bələndi.

 

Susdu şair, qəm rənginə boyandı,

Duman sardı, çən rənginə boyandı,

Sözü bitdi, ağrıları oyandı,

Öz özünün sərhədinə dirəndi... 

 

Mən bilirəm necə susur qələmlər,

Necə əsir boş kağızda boş əllər...


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
9+25=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0261 saniye