Neçə il sonra?!
Mirəsəd Əfəndi tərəfindən "Şeir" bolməsinə 15:13 23 noyabr 2013 tarixində əlavə olunmuşdur

              “ Neçə  il  sonra…?! ”

 

Görəsən  neçə  il  sonra  unudacam

anamın  məzar  başındakı  göz  yaşlarını ?!

Neçə  il  sonra  ruhum  çıxacaq  bədəndən?

Neçə ildən   sonra  Yaradan  görünəcək

hər  birimizin  gözünə, aydın,

çəpərsiz  və  maneəsiz...?

Neçə  il  sonra  bəyazlaşmağa  başlayacaq 

səninin  o  gül  qoxulu,

min  sirri  gizli  qalan  saçların?!

 Və  nə  zaman  unudacam 

sevdiyim  qadının  anamı  xatırladan 

o  ilıq, içərisində  tez  ölməyim  üçün

artıq  zəhər  saxladığı  əllərini...?

Neçə  il  sonra  yox  olacaq

dirilərin, ya da  yox...

ölülərin  hər  səhər  bezmədən

doğan  sarı  günəşi...?

Neçə  il  sonra  rədd  edəcəksən

şəkillərimi  boz  otağındakı  qara  çərçivələrdən...?!

Neçə  il  sonra  bir  daha

yaxşılıq  xətrinə,

və  yaxud  vicdanımızı  sınağa  çəkmək  üçün

dilə  gətirəcəyik  o,

“çox  mənalı”

“ əlvidaları” ?!

Unuda  biləcəyəmmi  əllərini?

Neçə  il  sonra  içdən  bir  daha  ağlayacam

ümidlərimi  və  sevinclərimi  bir  dərdinlə

yox  etdiyin  küçələrində  Bakı?

Cavab  ver, qurumuş  dodaqlarınla  mənə...

“Səsini  eşidəcəyəmmi  şəhərin  səsimizi  boğan

yalvarışlarının  əlindən?

Yoruldun? Nə tez  bezdin  məndən?

 

Yaxşı,  unut  bu  şeirdəki  sətirləri...

Və  cəhənnəm  ol, unutduğun

sevgilinin  qəbirinə...

Gedən də  məni  də  çağır...

Narahat  olma, mən də  dərdinə  şərik  olacam ...

 


... dəfə oxunub
Qiymət: 8/10(12 səs)
[qiymət ver ]
Şərh yaz
9+9=
Hesaba giriş
Müəllif

Mirəsəd Əfəndi
Haqqında
Mirəsəd Əfəndi 1998-ci il də Azərbaycanın paytaxt şəhəri Bakı da dünyaya göz açmışdır. Hələ çox kiçik yaşlarından musiqi və ədəbiyyatla maraqlanan şair, bu vaxtlarda kiçik hekayə, qısa musiqi mətnləri yazmağa başlamışdır. Bir çox yerli internet dərgi, jurnallarda və Türkiyənin "Özgür, kızıl kalemler" müsabiqəsində "İstanbulda doğulub, Bakı da öldürülmək" hekayəsi ilə ilk 3-cü yerə layiq görülmüşdür. 2013-cü ilin əvvəlində şeir və musiqi sintezli "Əlif" adlı 12 şeirdən ibarət albomunu kütləyə təqdim etmişdir. Albom internet üzərindən paylaşılmışdır. Müəyyən kütlə içərisində yayılan şair musiqidə post-rock, reggae janrlarına müraciət edir. 2013-də "Bermud Music Box"-un tərkibinə daxil olmuşdur. Hal-hazırda gitarist, musiqiçi Teymur Zeynalabdinovla birgə "Black Clouds" qrupunda fəaliyyətini davam edir. Qrupun ilk uğurlu işi isə "Vecsiz Külək" single-ı olur. Qrup üzvləri 2015-ci il də satılması planlaşdırılmış ilk albomlarının üzərində çalışırlar.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0373 saniye