Nəticəsiz intihar
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 10:57 21 sentyabr 2023 tarixində əlavə olunmuşdur

Səhv yönlü qatarda qaçıb tərsinə

İnanmışdım, sənə çatacağam mən

Daha aldatmıram özümü əsla

Başımı dərdimlə qatacağam mən

 

Hardasan? Ürəyim yerində durmur

Heç saya bilmirəm atışlarını

Sanki, hər döyüntü bir addım kimi,

Görməyə tələsir baxışlarını...

 

İntihar edəcəm baxışlarınla,

Qarşında duracam əllərim açıq,

Son dəfə bax mənə, bir güllə kimi

Gözlərimdən girib ürəyimdən çıx...

 

İstəsən, lap uzat gülləbaranı

Ölmərəm bir daha, yaşadar sevgim

Sən mənim içimdə həyat çırağı

Mən ölmək istəsəm, səni sevməzdim


... dəfə oxunub
Qiymət: 3/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+26=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0262 saniye