Neynirəm?
Ramin Hüseynsoy tərəfindən "Şeir" bolməsinə 00:26 29 iyul 2015 tarixində əlavə olunmuşdur

Ey səma gözlüm, sənsiz varı neynirəm?!
Atdın məni getdin, dildarı neynirəm?! 

Bilməyəcəksən! Necə sevdim səni mən,
Badi-səbam var, ruzigarı neynirəm?! 

Hüsnünə aşiq mənəm, yox başqa biri,
Olsan onun, xəyanətkarı neynirəm?! 

Bulamadım səndən gözəl, səni görcək,
Getsə əqlim, səbrü-qərarı neynirəm?! 

Ey Ramina, eşq nədir, bilirsənmi sən?
Deyir: -Eşqi olmayan yarı neynirəm?!


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+30=
Hesaba giriş
Müəllif

Ramin Hüseynsoy
Haqqında
Şair,yazar,dramaturq
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0213 saniye