Nigar Şahsuvarova: “Savadsız insan qədər qıcıqlandıran ikinci səbəb yoxdur mənim üçün”
Yazar.in tərəfindən "Müsahibə" bolməsinə 20:00 14 yanvar 2015 tarixində əlavə olunmuşdur

Yazar.in saytının “5 Sual, 5 Cavab” layihəsinin növbəti qonağı Nigar Şahsuvarovadır.  

SUAL
1: Yazar.in-də 4-5 aydır, fəaliyyətdəsiniz, artıq hesabınızda 95 yazı var. Bu cür məhsuldarlıq üçün yüksək yaradıcı qabiliyyətlə yanaşı, mövzu da tələb olunur. Mövzuları necə seçirsiniz?
CAVAB 1: Mövzu seçimimdə məhdudiyyət tanımıram. Gündəmi mütəmadi olaraq izləyirəm, Qloballaşan dünyanın artıma doğru gedən problemləri daima diqqətimdədir. Düzdür, izlədiyim filmlərin, oxuduğum kitabların da rolu inkar edilməzdir. Amma, ən əsası, şəxsi müşahidələrimdir ki, mövzu seçimimdə öz imzasını qoymaqda davam edir. Üstəlik, gələcəyin bir pedaqoqu kimi insan şəxsiyyətinin formalaşmasında və dəyişməsində rol oynayan istənilən psixoloji məqamlar məni daima düşündürür deyə mövzu seçimimdə çətinlik çəkmirəm.

SUAL 2: Necə oldu ki, yazmağa qərar verdiniz?
CAVAB 2: Hər zaman düşüncələrimi, müşahidələrimi qələmə almaq arzum olub. Uşaq ikən şeirlər yazırdım. 4 ilə yaxın rəsm dərnəyinə getmişəm, nə vardı deyə yox, nəyi necə görürdümsə, eləcə də əks etdirirdim. Məktəbdə inşa-ifadə yazılarında hər zaman öz dəst-xəttim seçilirdi. Zaman keçdikcə yazı təcrübəm də genişlənərək indiki səviyyəyə gəlib çatdı və daha da mükəmməlləşmək arzusu ilə davam edirəm.

SUAL 3: Diskriminasiyaya məruz qalan insanlardan çox bəhs edirsiniz. Buna səbəb nədir?
CAVAB 3: Diskriminasiyaya məruz qalan insanların bir neçəsinin şahidi olmuşam. Daun və Autizm Sindromlu, nitqi və əqli geriqalması olan uşaqla, kor insanla şəxsən qarşılaşmışam. Hətta qulaqdan-qulağa eşitdiklərim də var. Cəmiyyətdə əksəriyyət "normal qəlibli" insanları qəbul edir, bu-faktdır. Təcrid siyasətinə qarşı çıxıram. Görüntüyə görə, hansısa fərqli səbəbə insanı qiymətləndirmək savadsızlıqdır. Savadsız insan qədər qıcıqlandıran ikinci səbəb yoxdur mənim üçün. İnsanları kateqoriyalara bölmək təhqiredici addımdır.

SUAL 4: Həyata baxışınızı dəyişən bir neçə kitabın adını çəkə bilərsiniz?
CAVAB 4: Lev Tolstoy -"Hərb və sülh", Anton Makarenko -"Pedaqoji poema", Etel Voyniç - "Ovod". Erix Mariya Remark "Qərb cəbhəsində yenilik yoxdur", Harper Li -"Bülbülü öldürmək", Cerom Selincer -"Çovdarlıqda uçurumdan qoruyan"...

SUAL 5: Özünüzə kumir hesab etdiyiniz yazıçı var?
CAVAB 5: Kumir kimi Remarkı görürəm hələ ki. Amma zamanla dəyişilə bilər. Çünki hələ oxumalı olduğum əsərlər çoxdur.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+13=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0248 saniye