Niyə gəlmisən (Ustad şair Musa Yaqubun şeirinə)
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 15:15 09 fevral 2016 tarixində əlavə olunmuşdur

Ələyin ələnib, xəbirin göydə,

Qayıdıb üstümə niyə gəlmisən?

Deyəndə qalmadın, getdin, indisə

Qayıdıb üstümə niyə gəlmisən?

 

Ağzımda nar kimi çatladı dilim,

Nə dedimsə dedin, mən hardan bilim.

Sən mənə nə qədər verdin dərd, zülüm,

Qayıdıb üstümə niyə gəlmisən?

 

Bilirsən atalar deyən söhbəti,

Gözəllik olmayıb, olmaz əbədi.

İndi soruşuram, azmısan, nədir,

Qayıdıb üstümə niyə gəlmisən?

 

Nə olsun olanlar keçib - ötübdür,

Düşünmə yaddaşım düşüb itibdir.

Varlığın qarşımda durub - bitibdir,

Qayıdıb üstümə niyə gəlmisən?

 

Bir əlin olacaq, bir də ki, başın,

Keçmişi çözəcək hələ yaddaşın.

Qalıbmı mənimlə dava - dalaşın,

Qayıdıb üstümə niyə gəlmisən?

 

Nə vaxtdı kamanın ayrılıb oxdan,

Vurduğun yaralar sağalıb çoxdan.

Mən necə yaradım möcüzə yoxdan,

Qayıdıb üstümə niyə gəlmisən?

 

Hardan gəlmisənsə qayıt, get ora,

İnanma salasan sən məni tora.

Qoyma təzə nırxı köhnə bazara,

Qayıdıb üstümə niyə gəlmisən?


... dəfə oxunub
Qiymət: 10/10(952 səs)
[qiymət ver ]
Şərh yaz
10+11=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0389 saniye