Niyə meymunlar insana çevrilmir?
Fərid Nietzsche tərəfindən "Elmi məqalə" bolməsinə 00:21 18 iyun 2014 tarixində əlavə olunmuşdur

Təkamüllə bağlı tez-tez verilən və insanları yanlış düşüncəyə sürükləyən sual: İnsanlar meymundan yaranıbsa, niyə indiki meymunlar insana çevrilmir? Bu gün sizlərə bu sualın timsalında təkamül nəzəriyyəsinin mahiyyətinin kiçik bir hissəsi haqqında danışmaq istəyirəm. Əvvəlcə onu deyim ki, hər kəsin şəxsi fikridir, təkamülü ya qəbul edərik, ya etmərik. Amma təbii ki, bir anlayışı inkar etmək üçün, ilk öncə onun nə olduğunu bilməliyik. Mən ikinci qrup abituriyenti olmağıma baxmayaraq, təkamül haqqında dürüst məlumatlar sahibi olduğumu fikirləşirəm) Bu gün terminoloji, elmi dildə yox, xalq dilində anlatmağa çalışacam . Səbrlə oxuyun,suallarınıza cavab tapacaqsınız :)                       “Niyə meymunlar insan olmur?”

1) İnsan meymundur.

-İlk öncə onu deyim ki, bu sualı verən şəxs bilməlidir ki, insan zatən meymun növüdür) Yəni insan təsnifat olaraq, heyvanalr aləminin, məməlilər sinfinin, primatkimilər dəstəsinə aiddir( Biologiya bu təsnifatla öyrənir). Ona görə cümləmizdəki “meymun” sözü şempanze, aranqutan və s. kimi müasir dövrün meymunlarını əhatə edəcək.

2) Təkamül bir düz xətt üzrə yox, budaqlanaraq irəliləyir.

-Təkamül deyəndə, böyük əksəriyyətimizin ağlına canlılar “bir düz xətt” üzrə, bir-birinə çevrilməsi gəlir. Sanki, bir canlı yaşayıb, o birinə çevrilib, o da başqa birinə. Həmin canlılar eyni dövrdə yaşamayıb. Yox, əslində isə, təkamül bir düz xətt üzrə getmir. Bu riyaziyyat deyil, təbiətdir) Təkamül budaqlanaraq irəliləyir. Məsələn bir canlı növün 2 və ya daha çox istiqamətdə inkişaf edir, onlar da öz növbəsində başqa istiqamətdə.

3) MEYMUN İNSANIN ƏCDADI DEYİL, ONUNLA QOHUMDUR.

-Bəlkə də, təkamül haqqında ən geniş yayılmış yanlış düşüncə insanın meymundan əməmlə gəlməsidir. Düşünülür ki, o vaxtlar meymunlar yaşayırdı, sonradan onlar təkamül keçirərək insana çevrilmişdir. Ona görə haqlı olaraq soruşurlar ki, bəs niyə indi meymunlar insana çevrilmir? Bu sualın təməlində məhz insanın meymundan inkişaf etməsi anlayışı durur. Birmənalı olaraq, bizlər bugünkü meymunlardan(şempanze,oranqutan və s.)  inkişaf etməmişik, sadəcə onlarla əcdadlarımız eynidir. Yəni, 7.5-7 milyon əvvəl insanların və bugünkü meymunların ortaq əcdadı olan hominidlerin təkümülünün nəticəsiyik. Bunu anlamaq üçün, bir misalla izah edim. Təsəvvür edin ki, 1000 nəfərlik bir qəbilə vardır. Həmin qəbilədən 200 nəfər ayrılaraq başqa bir yerə köçür,orada yaşamağa başlayır. Bir müddət sonra,onların yaşayış tərzi, mədəniyyətləri fərqlənəcəkdir(xalqlar kimi). Çünki onlar artıq ayrılıblar,ayrı inkişaf keçiblər. İndi bizim bu məşhur sualımız buna bənzəyir ki, niyə o qalan 800 nəfər də gedənlər kimi olmur? Və ya başqa bir misal. Bugünkü avstraliyalıların çoxunun əcdadı avroplalılardır. Qitə kəşf olunandan sonra, ora avropallar köçdü,fərqli inkişaf yolu keçdilər. İndi sual verə bilərikmi ki, niyə avroplalılar avstraliyalı olmur? :) Eynilə, milyon illər əvvəl meymunlar insanlardan ayrılmış, ayrı inkişaf yolu keçmişdir. İndi necə onların insan olmasını gözləyə bilərik? Budaq artıq ayrılıb 

4) İnsana təkamül etmək təkamülün “məqsədi” deyildir.

- Bugünkü meymunların insana çevrilməsi təkamülü təsdiqləmir,əksinə,demək olarki onun çöküşü deməkdir. 7 milyon il əvvəl təkamül keçirmiş meymunlar indi yenidən, insanın keçdiyi inkişaf yolunu keçməsi,həmin seçmələrə,mutasiyalara uğraması təkamül nəzəriyyəsinə əksdir. Təkamül budaqlanaraq gedir, eyni bir dövrün canlıları bir-birinə əsla çevrilə bilməzlər. Və insana təkamül etmək təkamülün “məqsədi” deyildir. Təkamülün məqsədi yoxdur,o sadəcə prosesdir. Yəni, insanın ağlında elə təsəvvür yaranır ki,hər şey inkişaf edib insana çatmalıdır :) Yox, insana təkamül etmək məqsəd deyil. Hər budaq ayrı inkişaf məlhələsi keçir.

Təkamüla aid ən geniş yayılmış sualları sadə sözlərlə cavab verməyə çalışdım :) Ümidvaram,suallarına az da olsa,cavab tapa bildiniz. Təkamülü qəbul etməsək də, bu halını,doğru təkamülü qəbul etməyək. Yanlış bir təkamül alayışı yaradıb onun üzərindən düşünməyək) Nə olrsa olsun, maariflənmək əsasdır) Diqqətinizə görə minnətdaram


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
1+29=
Hesaba giriş
Müəllif

Fərid Nietzsche
Haqqında

Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0332 saniye