Niyə öz boynunu əydin bənövşə ?
Rüstəm Sadiqli tərəfindən "Şeir" bolməsinə 20:42 20 mart 2016 tarixində əlavə olunmuşdur

Sənə vurğundular bəylər ərənlər,
Sənə aşıq olur səni dərənlər,
Sənə sual verir səni görənlər,
Niyə öz boynunu əydin bənövşə ?

Yağışa bürünmüş bütün ləçəklər,
Səni başa taxar gözəl,göyçəklər.
Vurulub hüsnünə güllər çiçəklər,
Niyə öz boynunu əydin bənövşə ?

Çəmənlər çiçəklər aşiqdir sənə,
Gözəlliyin ilham veribdir mənə.
Nə olub boynunu burmusan yenə ?
Niyə öz boynunu əydin bənövşə ?

Səni görmək üçün səhər oyandım,
Səni solmaz bildim,solmayan sandım.
Sən axı solmaya laiq deyilsən,
Aşiqin xətrinə dəydin bənövşə.

Güllər çata bilməz sənin ətrinə
Əyilib qamətin nə olub sənə
De kimlər dəyibdi sənin xətrinə ?
Niyə öz boynunu əydin bənövşə ...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+24=
Hesaba giriş
Müəllif

Rüstəm Sadiqli
Haqqında
Gənc yazar Rüstəm Rüstəmov da ucqar dağ rayonunda anadan olub. Əhlibeyit şairlərindədir.Ulu babaları səfəvi dövründə Ərdəbildə məskunlaşmışdır.Ulu babası Sahib Fəxrəbadi səfəvi sarayının məşhur şairlərindən olmuşdur.Görünür, soyunun bir qolu səfəvi nəslinə çatır.Seyyid Rüstəm Sadiqli 21 dekabr 1995-ci ildə Lerikin Babakücə kəndində doğulub.Anası Səmayə xanım müəllimədir.Atası İlqar kimi zəhmətkeş insandır. Şairin ana babası kəndxuda olmuş, namaz qılan vətənpərvər bir mərd kişi olmuşdur.Şair ilk təhsilini 2011-2015 -ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində almışdır.Elə həmin illərdə Lənkəran ədəbi mühitində “Sadiqli” təxəllüsü ilə şeirlər yazmağa başlayıb. Tələbəlik illərində «Məşəl» jurnalının xüsusi müxbiri, sonralar isə bədii redaktoru vəzifəsində çalışıb. Dediyinə görə yaradıcılığı ilə bağlı bəzi telelayihələrdə iştirak edib. 2016-2018-ci illərdə müəllim«Təsviri İncəsənət müəllimliyi» kimi yurdun övladlarına marifləndirib, tərbiyələri ilə məşğul olmuşdur.Ədəbiyyata həvəsi onu ikinci təhsil almağa vadar etmiş Bakı Avrasiya Universitetində Filologiya (Azərbaycan dili və Ədəbiyyatı) ixtisasına yiyələnməyə sövq etmişdir.Həmin ali-təhsil müəsisəsində İntellektual Oyunlar Klubuna rəhbərlik etmişdir.Hazırda bədii-qirəat,maarifçiliklə məşğuldur.Onun yaratdığı "Rustam Academy" layihəsi elə maarifçilik fəaliyyətinin əsasını təşkil edir.Beləki, təhsil almağa əli çatmayan insanlar, əngəlli dostlarına bir qapı açmışdır.Yazdığı şeirlər vətənpərvərlik, sevgi,əxlaq mövzusundadır.Maarifçi gəncimizə uğurlar arzu edirik.
Əlaqə
Tel.:
+994517196064
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0278 saniye