Nobel mükafatı almış Bakılı - Lev Landau
Sirlər Ensiklopediyası tərəfindən "Məşhurlar" bolməsinə 15:19 25 sentyabr 2015 tarixində əlavə olunmuşdur

Nobel Mükafatının rəsmi saytındakı interaktiv xəritədə markeri Azərbaycanın üzərinə gətirəndə "1" göstərir.

1962-ci ildə fizika üzrə qazların, xüsusilə heliumun maye halı ilə bağlı dünyada ilk olaraq apardığı araşdırmalara görə, Nobel mükafatı sovet alimi, Bakıda doğulub boya-başa çatmış, Bakı Dövlət Universitetində oxumuş Lev Landauya verildi.

Amma dünyanın ən məşhur fiziklərindən sayılan Landau mükafatı almaq üçün Stokholma gedə bilmədi. Çünki yaradıcılığının ən parlaq dövründə — 1962-ci ilin 7 yanvarında ağır avtomobil qəzasına düşmüşdü. Onun xidməti “Volqa”sı Moskvanın Dmitrov şosesində yük maşını ilə toqquşmuş, alim başından və döş qəfəsindən ağır xəsarət almışdı. Vəziyyətinin ağırlığına və böyük alimin həyatını xilas etməyin nə dərəcədə əhəmiyyətli olmasına baxmayaraq sovet rəhbərliyi onun Moskvanın Kreml xəstəxanasına yerləşdirilməsinə razılıq verməmiş və o, Moskva şəhərinin Timiryazev rayonunun 50 nömrəli xəstəxanasına aparılmışdı. Dünyanın məşhur fiziklərinin səyləri, onların Avropadan, ABŞ-dan göndərdikləri dərman preparatlarının yardımı nəticəsində Lev Landaunu ölümdən xilas etmək mümkün olmuşdu.

Stalin repressiyaları dünyanın bu məşhur alimindən də yan keçmir. Stalinin idarəçiliyinə qarşı vərəqələrin yayılmasına görə tutulanlardan biri də Landau olur. 1938-ci ilin 27 aprelində o, həbs edilərək SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin tədricxanasına yerləşdirilir. Bu iki böyük elm adamının müdaxiləsi və onların səyləri nəticəsində Lev Landau 1939-cu ilin 29 aprelində azadlığa buraxılır.

Maye helium üzrə aparılan tədqiqatlar və əldə edilən nəticələr kvant mayesi fizikasının əsasını qoyur və 1941-ci ildə Landau tərəfindən “Kvant mayesi” nəzəriyyəsi yaradılır.

Həmin ilin noyabrında Landau ona Nobel mükafatı verilməsi barədə teleqram alır. İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir. İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir. Amm onun səhhəti tam bərpa olunmamışdı. 1968-ci il martın 24-də onun səhhəti kəskin pisləşir və o, yenidən xəstəxanaya aparılır. Göstərilən səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmur və o, 1968-ci il aprelin 1-də Moskvada vəfat edir. 

Mənbə: Azens.az


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+8=
Hesaba giriş
Müəllif

Sirlər Ensiklopediyası
Haqqında
Sirlər Ensiklopediyası Facebook səhifəsinin rəsmi Yazar.in profili. Ən maraqlı xəbərlər, qeyri-adi faktlar və sirli hadisələr haqqında yazılar, foto və videolar sizin üçün çox maraqlı olacaq...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0262 saniye