O qədər təkəm ki,qorxuram axırda Allah olam...
Sən An tərəfindən "Şeir" bolməsinə 00:50 22 fevral 2015 tarixində əlavə olunmuşdur

əllərimlə yığıb fikirləri beynimdən, 
qələmin ucuna sancıb sənə şeir yazıram.
biləsən nə qədər çətindir, şair olmaq,
ağrılıdır.

ən çox darıxmağı qollarımda hiss edirəm,
aparmısan onları özünlə,
qucağım üşüyür,
heç özümü də qucaqlaya bilmirəm.

bədənim küsüb bu təkliyimdən,
ruhumu da qoparıb getdin,
sümüyümdən , iliyimdən...

hər ağrının olduğu yerdəTanrını hiss elədim,
ağrılarım apardı məni təkliyə,
o qədər təkəm ki,qorxuram axırda Allah olam...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+2=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.026 saniye