Odisseya dastanı haqqında
Əli Əhmədov tərəfindən "Digər yazılar" bolməsinə 17:39 20 noyabr 2014 tarixində əlavə olunmuşdur

Odisseya Homer tərəfindən yaradıldığı güman edilən dastanlardan biridir. Troya əsatirlər silsiləsinin "Dönüş" hissəsindən alınan bu dastanda axey qəhrəmanlarından biri olan Odiseeyin evə qayıdışı və bu zaman başına gələn macəralardan bəhs edilir. Dastan İliadadan fərqli olaraq daha çox naöılvari üslubda yazılmışdır.

Bu əsər uzun müddət öz evinə qayıtmayan Odisseyin oğlunun və arvadının vəziyyətinin təsviri ilə başlayır. Penelopaya elçilər gəlmişdir və onu evlənməyə təhrik edirlər. Telemax isə evi qoruya bilmədiyi üçün nə edəcəyini bilmir. Afina ona Troya mühariəsindən ən gec qayıdan Menelayla danışmağı məsləhət görür. Telemax əvvəlcə Pilosa Nestorun yanına gedir. Sonra isə Spartaya Menelayın yanına geidr. Burada o, Odiesseylə bağlı bəzi məlumatlar alır. Afina Zevsdən Poseydon tərəfinadən təqib olunan Odisseyə evinə qayıtmaqda kömək etməyi xahiş edir. Zevs bunu yerinə Yetirəcəyini bildirir. Kalipsonun yanında qalan Odissey Hermesin köməyi ilə azad olur. Bundan sonra onun başına yenə müxtəlif macəralar gəlir. Əsərin sonunda isə Odisseyin evinə qayıdır. Evini adaxlılardan geri alır və Afinanın köməyi ilə qalib gəlir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+11=
Hesaba giriş
Müəllif

Əli Əhmədov
Haqqında
Gününü internet yazılar oxumağa həsr edən birisi...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0246 saniye