Ölü şəhər Balestrino
Aykan Hüseynli tərəfindən "Elmi məqalə" bolməsinə 22:29 10 aprel 2014 tarixində əlavə olunmuşdur

İtaliyanın ölü şəhəri olaraq tanınan və dəqiq yaranma tarixi məlum olmayan Balestrino Toskana regionunda yerləşir. 1100-cü ildə San Pietronun Benedikt abbatlığı tərəfindən işğal olunmuş şəhərin tarixi iki dövrü əhatə edir: yarandığı vaxtdan 1860-cı ilə qədər  və 1860-dan bu günə qədər. Birinci dövrdə şəhər gözəlliyi ilə diqqətləri özünə cəlb edən yerlərdən biri olmuşdur. Təpənin başında salınan və aşağıdan baxarkən çox gözəl görünüşə malik olan qalanın ətəkləri zeytun bağları ilə əhatə olunmuşdur. Lakin 19-cu əsrin sonlarından etibarən orada baş verən şidətli zəlzələlərin çoxalması ucbatından əhali başqa ərazilərə köçürülmüşdür. Hal-hazırda orada heç kim yaşamır və şəhər xarabalığı xatırladır. Gələcəkdə burada muzey yaratmağı planlaşdıran İtaliyanın belə bir neçə şəhəri daha mövcuddur.  


... dəfə oxunub
Qiymət: 9/10(12 səs)
[qiymət ver ]
Şərh yaz
9+28=
Hesaba giriş
Müəllif

Aykan Hüseynli
Haqqında
Bakı Slavyan Universitetinin ingilis dili müəlliməliyi ixtisasını bitirmişəm. Yazı yazmağa həvəsim çoxdu. Amma biraz tənbəl olmağım bu işi reallaşdırmağıma mane olur. Əsasən hansısa əsəri tərcümə etməyi, qeyri-adi yerlər haqqında yazı yazmağı xoşlayıram..
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0245 saniye