Ölü Tarix
Rizvan Fikrətoğlu tərəfindən "Elmi məqalə" bolməsinə 06:04 29 noyabr 2016 tarixində əlavə olunmuşdur

Əvvəllər tarix fənnini çox sevən olmuşam. Bu fənnə olan marağım hələ ibtidai sinifdə oxuyarkən yaranib. Ələlxüsus da dünya tarixinə.

Bütün insanların həyatında müxtəlif vaxtlarda müxtəlif hadisələr baş verib. Hər bir insan əsərdir. Bəzi insanlar elə hadisələr yaşayıb ki, heç bir əsər onlarin yaşaıiğı qədər təsirli ola bilməz.

İnsanlar, adətən, baş verməmiş və yaxud ilkin dəqiqliyini itirmiş, qismən uydurulmuş olaylara maraq yaradırlar. Bu və başqa səbəblərdən dolayı real talelər, insanların həyatı kölgədə qalır. Rastlaşmışıq, insanlara biganə qalıb, heyvanlara, hətta cansız əşyalara qayğı göstərən, sevgi ilə yanaşan şüurlu varlıqlara. Lakin, heyvanlar daha çox öz nümayəndələrinə -heyvanlara qarşı mərhəmətlidir. Qərarı siz verin - kimin şüurlu olmasına.

    Bu abzasda Tarix fənnini niyə sevdiyimi yəqin ki, anlamış olarsınız.

    Əlifbanı öyrənəndən bu günə kimi Tarix kitabları oxuyuram. Dünya Tarixinə olan marağımın  çoxluğu isə dunyada baş verən hadisələrin müxtəlifliyi və şaxəliyidir. Mənə heç bir əsər, xüsusən də kriminal əsərlər Tarix qədər maraqlı gəlməyib. Amerkadan İngiltrəyə, İngiltərədən İspaniyaya, İspaniyadan Osmanlı tarixinə keçərək eyni dövrlərdə baş verən müxtəlif ölkə taleləri ilə rastlaşırsan. Tarixdə bir çox mövzular filim  kimi hadisənin ən maraqlı yerində tamamlanır. Bu halda yeni movzunu (ardını) müəllim tapşırmasa da belə necə də oxumayasan?!

    ...Yuxarı siniflərdən - doqquzuncu sinifdən bəri Tarixə olan marağım, həvəsim soyumağa başladı. Universitetə qəbul olduqdan sonra isə o fənnə qarşı nifrətim yarandı. O vaxtlar ağlıma belə gəlməzdi ki, xeyli dərəcədə sevdiyim fənnə qarşı nifrət hissi yarana.

Bunun bəsit açıqlaması var: böyüdüm və həqiqəti gördüm. Axı mən Tarixi reallığına görə, insan beyninin məhsulu olmadığı üçun sevmişdim, oxumuşdum. Böyüdüm, gözüm açıldı, gerçəkliyi gördüm. Bildim ki, əslində Tarix heç də həqiqət deyil, gerçəkliyi olduğu kimi demir. Tarix siyasətin qurbanıdır, onun buyruqlarını həyata keçirir, ona tabedir. Tarixə təssüf edirəm, halbuki onun geniş tarixi keçmişi var. Buna baxmayaraq, o siyasətin quludur, ona qulluq edir.

Qədim Misir mənim xəyallarımda möcüzələr məskənidir. Qədim ölkənin insanları, firionları, piramidaları və digər əşyaları nağıllar aləminə bənzəyir. Qul, quldarlıq, köləlik ifadələrinə də ilk dəfə bu olkənin tarixində rast gəlmişəm. Yeniyetməlik yaşıma gədər “canlı ölü” anlayışını heç cür başa düşəməmişəm. Ölü necə canlı olur? Canlı necə ölü ola bilir? – Heç cür dərk edə bilmirdim. Bu belə mənim üçün möcüzədir.

      O vaxtlar bunun məğzini aça bilməsəm də indi bütün çalarları və təsvirləri ilə anlayıram.

       Tarixində ilk dəfə qul anlayışı ilə rastaştığım Qədim Misir ağalığın paytaxt şəhəri idi. Çünki qul  anlayışı, inkşaf edən quldarlıq dövrü XXI əsrdə çiçəklənərək kuliminasiya nöqtəsinə çatdı.

    “Cəmiyət” in komponentlərindən sayılan qullar həmişə təcrid edildi – varlı evlərinin kəsıb evlərindən fərqləndiyi kimi fərqləndi.

     Bəli, onlar “calni ölü” lər idi. Yaşayanlar, əslində yaşamayanlar, özlərini mövcud olmuş kimi göstərənlər, əslində mövcud olmayanlar... Nə vaxtsa özlərinə hörmət olunacağını, insan kimi tanınacaqlarını cox düşündülər. Qurduqları minlərlə xəyal bir reallığı belə əks etirmədi. Tək əlac yaşamaq idi. Daha doğrusu, yaşayırmış kimi gorsənmək idi. Yaşadılar və gördülər. Yox, fərqlənmədilər. Yenə həmişəki davranış, yenə həmişəki münasibət. Sadəcə dövrlərə məxsus şəkildə adları dəyişdi. Dövürlə əlaqədar adları muasirləşdi. Başqa sözlə köhnə ad yeniləndi, yenisi ilə əvəzləndi. Hər Yanvar ayının biri yeniliyi olmayan “Yeni il”in gəlişi kimi.

       Zəngin keçmişə malik olan Tarix ədəbiyatın da  ağalığını qəbul edib. Çünkü onun obrazları öz həqiqi keçmişi ilə deyil ədəbiyyatsayağı bədiiliyi ilə özünü göstərir. Lakin bədiiliyin Tarixdən yad olduğunu bilirik. Düzdür, həm Tarixi, həm də ədəbiyyatı yazanlar insanlardır. İnsanlar olmasına baxmayaraq, bunun mühüm fərqi var. Tarix reallığı, olub keçənləri, faktı bizə çatdırır, gerçəkliyi olduğu kimi göstərir. Ədəbiyyatın  məhsulu isə bədiiliklə, fantastik olaylarla zəngindir. Məsələn, Tarixdə Vaqif düşmənlər tərəfindən öldürülür. Səməd Vurğun isə “Vaqif” dramında Vaqifi yaşadır.

            Siyasət və ədəbiyyat Tarixdən sonra yaranıb və heç biri Tarix qədər zəngin deyil əslində. “Kiminin əvvəli, kiminin axırı” – deyib böyüklərimiz. Tarix saf həqiqət olub, ta ki siyasət adlı çirkin oyuna qoşulana, ədəbiyyat kimi bədiiliyə qurşanana kimi.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+5=
Hesaba giriş
Müəllif

Rizvan Fikrətoğlu
Haqqında
Abişov Rizvan Fikrət oğlu 15.09.1996-cı ildə Yardımlı rayonunun Ərsilə kəndində dünyaya göz açmışdır. 2014-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Hazırda BDU-nun II kurs tələbəsidir. Bir çox şeirlər, məqalələr, hekayələr və s. müəllifidir.
Əlaqə
Tel.:
0513461438 və 0708823655
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0298 saniye