Ölüləri danışmağa qoymayın!
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 23:28 20 may 2015 tarixində əlavə olunmuşdur

Ürəkdən sevinib, üzü gülməyən, 
Ağlayanda göz yaşını silməyən
Öləndə insan tək ölə bilməyən,-
Ölüləri danışmağa qoymayın!

Danışsa yalanlar üzə çıxacaq, 
Taxtlını taxtından yerə yıxacaq,
Namərdi daşlayıb küncə sıxacaq, 
Ölüləri danışmağa qoymayın!

Günahkarı pulu xilas edəcək,
Haqlının başını haqsız didəcək. 
Həyat yenə axarınca gedəcək. 
Ölüləri danışmağa qoymayın! 
Diriləri danışmağa qoymayın!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+34=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0419 saniye