Ölüm Sırası
Timur Alp tərəfindən "Hekayə" bolməsinə 05:39 14 noyabr 2013 tarixində əlavə olunmuşdur

Ted Royd həmişəki kimi kiçik mənzilində idi.Yenə masada əyləşib  yazı işi ilə məşqul idi.Masanın üstündə bir neçə kitab,kofe və vərəqlər dağınıq halda görünürdü.Ted sakit təbiətli,özünə qapanıq xasiyyətdəydi.O heç vaxt saat doqquzdan sonra küçəyə çıxmazdı.Ted yazı işinə fasılə verib,ayağa durdu.Çöldə güclü külək əsirdi.Ted birdən-birə divardan asılmış pencəyini götürüb dərhal şəhərin mərkəzinə getdi.

Çox qəribə idi elə bil Ted Roydun yadına gecdə olsa nəsə düşdü.Çünki o evdən çıxanda saat doqquz idi.

Ted bir-bir dükanlara girir və nəsə axtarırdı.Yalnız o axtardığını tapa bilmirdi.Sonda əlində üç-dörd ədəd qara cildli kitabla dükandan ayrıldı.Tedin iki küçə sonra bir dükanı yerləşirdi.Ted özdükanına girdi.Yarım saat sonra Ted dükandan çıxdı.Onun geyimi qəribə görsənirdi.Qara uzun pencək,hündür şlyapa.

O dar küçənin arasında sanki kimisə gözləyirdi.Bir neçə dəqiqə sonra Ted Royda bir şəxs yaxınlaşdı.Ted vaxt itirmədən cibindəki bıçağı çıxardıb qarşısındakı şəxsin qarın nahiyəsinə sancdı.Çox keçmədən bu şəxs öldü.

Ted qatildi???

Dəqiq bilmirəm.Amma o bir şəxsi qətlə yetirdi.Ted  peşəkar qatillər kimi cinayətdən bir iz buraxmadı.Elə bir vəziyyət yarandı ki,guya bu şəxs özü-özünü öldürüb.Bir neçə dəqiqə sonra Ted yoxa çıxdı.

Səhər xəbərlərində bu cinayət barəsində kiçik bir sujet verdilər.Ted axşam saat yeddiyə kimi masada əyləşib yazı yazırdı.Saat yedii-səkkiz olardı.Masadan durdu və kafelərin birinə axşam yeməyi üçün getdi.

Son bir həftə idi ki,Ted çox dəyişmişdi.Masadan gec-gec durması,gecə evdən ayrılması,cinayət törətməsi.Qara geyim və qara cildli kitablar nəyə lazım idi bəs?

Ted kafedən ayrılır və öz dükanına gedir.Bir saatdan çox olardı o,qara cildli kitabı oxuyurdu.Daha sonra dünənki geyimlə dükandan ayrıldı.Saat on olardı.Hava soyuq və yağış yağırdı.Ted Küçələri gəzirdi.Köhnə bir qapıya diqqətlə baxan Ted beş-altı dəqiqə sonra ordan uzaqlaşdı.Elə bu qapıdan bir gənc çıxdı.Bu gənc gecə-gecə narahatçılığa səbəb olan hərərkətlər edirdi.Ted gənc oğlanı arxadan tutub boğmağa başladı.Gənc oğlan müqavimət göstərsədə başarısız oldu.Ted Royd bu gəncin əllərini kəsdi.daha sonra özü qaranlıqda gözdən itdi.Ted artıq peşəkar bir qatil idi.Çünki iki gündü cinayət törədirdi.

Ted Roydun aldığı qara cildli kitablar yəqin Tedin cinayət törətməsinə təsir edirdi.Ted yenədə evində idi.Amma saat on iki olan zaman evdən çıxır.O yolla getdiyi vaxt ətrafdakı insanlar Tedə qəribə baxışlarla süzürdülər.Ted insanlardan xeyli soyumuşdu.Şəhərin mərkəzində Ted şübhəli halda gəzirdi.Bir qadın ona yaxınlaşıb nəsə soruşdu.Onlar birlikdə küçəni döndülər.Birdən birə bir səs eşidildi.Ətrafdakılar əhəmiyyət vermədilər.Ted yenədə cinayət törətmişdi.Qadının qarın nahiyəsini kəsib iç orqanlarını çıxartmışdı.Çox peşəkar şəkildə bu prosesihəyata keçirmişdi.Belə görünürdü ki,Tedin Anatomiyadan məlumatı vardı.Ustalıqla qadının orqanlarını çölə çıxarmışdı.

Dar küçədən çölə çıxan Ted insanların arasına qarışır.Axşam xəbərlərində bu cinayətlər haqqında məlumat verdilər.Üç cinayət və möhtəşəm qabiliyyət.

Cinayətkar tapılmasada,törədilən cinayətlər eyni bir şəxdən xəbər verirdi.Qətlə yetirilən şəxslər:

Bir rüşvətxor müəllim,bir narkoman gənc,bir küçə qadını.

Ted Royd son günlər belə bir hərəkəti niyə eləsin?

Arxivdən gələn məlumat kitabcasındakı yazılar:

Ted Royd..38 Yaşlı yazıçı və dükan sahibi.Artıq beş ildi dükan işlətmir.Çünki Ted Royd yeddi ildi ki bu xəstəxanada müalicə alır.O psixolojixəstədi.Yazdığıəsərlərdə öz eləmək istədiyi hadisələri yazır.Guya Ted Royd xilaskardıƏslində o psixoloji xəstədi və onu heç vaxt çölə buraxmırlar.


... dəfə oxunub
Qiymət: 8/10(33 səs)
[qiymət ver ]
Şərh yaz
3+8=
Hesaba giriş
Müəllif

Timur Alp
Haqqında
Timur Alp(Samir Miralı oğlu Hüseynov).26.12.1997-ci ildə Mingəçevir şəhərində dünyaya gelmişdir.Yazıçlığa Ⅶ sinifdə oxuyanda maraq göstərmişdir. 2013-cü ildə "Book club"a üzv olmuş və daimi kitab müzakirələrində iştirak etmişdi. 2014-cü ildə"GəncYazarlar"a üzv olmuşdu. "Dünya Türk Yazarlar Birliyi"nə 2014-cü ildə üzvlük vermişdir.
Əlaqə
Tel.:
055 745 68 12
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0486 saniye