Ölümünü gözləyən qadınlar
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 22:12 30 yanvar 2016 tarixində əlavə olunmuşdur

İranın qadın həbsxanasında kimi edam sırasını gözləyir, kimi körpəsini böyüdür, kimi də olduqca çətin şərtlər daxilində həyatda qalmaq uğrunda mübarizə aparır. İranda 9 yaşından etibarən qız uşaqları qanun qarşısında günahkar sayılaraq edamla cəzalandırıla bilər.
 

 

Həbsxanalar insanın yaşaya bilməyəcəyi qədər çirkli və baxımsızdır. Qadınlar uşaqlarını və özlərini doyuzdurmaq üçün saatlarla yemək sırası gözləyir, bəzən günün sonunda yeməklərini ala bilirlər.
Gənc məhkumların arasında birini öldürən, oğurluq edən, narkotikdən istifadə etdiyi üçün tutulanlar da var. Onlardan biri də 17 yaşındakı Məhsadır. O, aşiq olduğu adamla evlənmək istəsə də, atası bu evliliyə qarşı çıxıb. Bu səbəbdən atası ilə mübahisə edən gənc qız mətbəx bıçağı ilə onu öldürüb. Məhsanın qardaşları məhkəmədən gənc qızın edamla cəzalandırılmasını, ya da atalarının öldüyü şəkildə öldürülməsini tələb ediblər.
 

14 yaşında evləndirilən və 2 uşağı olan Zəhra da məhkum qadınlardandır. Zəhranın indi 17 yaşı var. Bir qadının cibindən telefonunu oğurladığı üçün həbs olunub. Gənc qadın daha əvvəl 3 dəfə eyni ittihamla tutulub.

15 yaşındakı Şəqayeq isə Tehrandakı mağazalardan birindən silahlı soyğun etməkdə ittiham edilərək həbs olunub. Ölüm hökmünə məhkum edilən qız 1 ildir ölümünü gözləyir. Hökm isə qızın 18 yaşı tamam olduqdan sonra icra ediləcək.


Ən dəhşətlisi isə odur ki, həbsxanada günahsız yatanlar da az deyil. Bu dəhşəti yaşayanlardan biri  də 13 yaşındakı Xatirədir. Kütləvi təcavüzə məruz qalan qızcığaz polis tərəfindən yerdə şüursuz vəziyyətdə tapılıb. Kiçik qız, müalicə aldıqdan sonra Cinayətkar Usaqların Tərbiyə Mərkəzinə köçürülüb.   


Qızların buradakı günləri səhərlər yalnız 1 saat həbsxananın həyətində gəzintiyə çıxmaqla və yemək sırası  gözləməklə keçir.

Hər gün qızların saxlandığı kameraya gələn din xadimi onlara düzgün yaşamağın yollarını öyrədir. Sonra isə qızlar namaz qılır, bağışlanmaları üçün Allaha dua edirlər. 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+16=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0333 saniye