ona elə gəlirdi ki, soyuqda adamlar daha çox qocalır, daha tez ölür
Sən An tərəfindən "Şeir" bolməsinə 13:33 01 oktyabr 2015 tarixində əlavə olunmuşdur

*** 
çox uzaq keçmişin fevral ayında,
bir qadın küçədə süd satırdı.
əlləri ilə bərabər saçları da,
gözləri də üşüyürdü.

əynindəki palto köhnə,
əri də ki həbsdə.
qar da yavaş-yavaş yağırdı 
bu mənzərənin üstə.

amma nəsə qadın təslim olmurdu,
nə qara,
nə borana
nə də ki,
soyuq tənhalığına.

elə hey "süd var",
"süd var" deyərək qışqırırdı.
elə bu vaxt,
anasının səsini eşidən uşağın gözləri,
pəncərənin arxasında yaşarırdı.

ona elə gəlirdi ki,
soyuqda adamlar daha çox qocalır,
daha tez ölür.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+10=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0468 saniye