Operadakı Xəyalət
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 20:14 09 sentyabr 2016 tarixində əlavə olunmuşdur
Unudulmaz ədəbi əsərlər sırasında “Operadakı Xəyalət”in yeri özünəməxsusdur. Brem Stokerin “Drakula”sı, Meri Şellinin “Frankenşteyn”i kimi “Operadakı Xəyalət” də film sayəsində ölümsüzləşmiş, daha sonra Endryu Lloyd Vebberin notları ilə bir müzikl olaraq əfsənələşərək bədii məzmun qazanmışdı. Bütün bunlar “Operadakı Xəyalət”in görünən, bilinən, populyar olan tərəfləridir, pərdə arxasında qalan əsl gerçəklər isə fərqlidir. Ən maraqlısı isə budur ki, “Operadakı Xəyalət” gerçək hekayədir. Çünki hekayənin 2 təməl qəhrəmanı olan Xəyalət Erik və soprano Kristina həqiqətən də yaşayıblar. Müəllif Qaston Leru Kristinanın əslində isveçli bir opera ifaçısı olan Kristina olduğunu söyləsə də, Xəyalətin kim olduğunu heç vaxt açıqlamadı. “Mən onu tanıdım, gerçək idi, amma bir xəyalət kimi yaşayırdı.” deyərək sirrini o biri dünyaya götürdü.

 

“Operadakı Xəyalət” adlı romanın müəllifi Qaston Leru 6 may 1868-ci ildə küçədə doğuldu-deyə bilərik. Anası Mari-Alfonsina bir səyahət əsnasında Parisdən keçərkən doğum sancılarına yaxalanmış və ilk tapdığı evə sığınaraq körpəsini doğurmuşdu. Qaston illər sonra Parisə gəldiyində doğulduğu evi axtarıb tapacaq və evdə bir cənazə işləri firmasının çalışdığı görüncə gülərək : “Mən burada bir beşikdə yatmışdım, amma indi bir tabut tapdım.” deyəcəkdi. Qaston Normandiya sahillərində, balıqçılıqla iç-içə böyüdü, yaxşı balıqçı və üzgüçü idi. Daha sonra dil məktəbinə göndərildi və orada ədəbiyyat ilə tanış olaraq boş vaxtlarında yazmağa başladı. Nümunəvi şagird idi və müəllimləri onu perspektivli vəkil olacağını düşünürdülər. Doğrudan da məzuniyyətdən sonra Parisə gələrək hüquq təhsilinə başladı, bu əsnada kiçik hekayələr və şeirlər yazırdı. Yazdığı sonetlər zaman içərisində teatr işçiləri tərəfindən oxunmağa başlanmışdı. 1889-cu ildə həyatı dəyişdi, hələ hüquq təhsilini yeni bitirmişdi ki, atası öldü və ona bir milyon franklıq miras buraxdı. Gənc Leru özünü bir anda gecə həyatında tapdı, barlarda içir, qumar oynayır və səhv investisiyalar edirdi. Bu dövrün sonunda həyatının baha başa gəldiyini fərq edincə yenə yazmağa yönəldi. Dayanmadan yazırdı, əvvəllər komediya yazdı, amma quruluş etibarı ilə ciddi bir insan idi və uşaqlığından bəri maraqlı olduğu sirrə yönəlməyə başladı. Ölümlə həyatın sərhədləri ilə, ruhun yenidən doğması ilə və alternativ həyat fəlsəfəsi ilə maraqlanmağa və özünü inkişaf etdirməyə başladı.

 

HÜQUQLA LİBERALİZMİN QARŞIDURMA NÖQTƏSİNDƏ

Həyatın reallıqları ilə üz-üzə gəldikcə çözümsüzlüyü daha yaxşı anlayır və insan təbiətinin təcrübələrlə qiymətləndirilməsi lazım olduğunu düşünməyə başlayırdı. Hüquq bunun üçün əhəmiyyətli bir qaynaq idi, amma Leru insanların professional mühakimə məntiqini sevmir və təmin olmurdu. Barlarda və Paris kafelərində 3 il ərzində mübahisə apardı, danışdı, dinlədi, hər seqmentdən insan tanıdı, düşüncələrini zənginləşdirdi. Bu vaxt “L´Echo de Paris” qəzetinə yazmağa başladı, fikirlərini bu qəzetdə izah etməyə fürsət tapdı. Birdən özünü yeni bir mövzunun içində tapmışdı, marağını çox çəkən bu mövzu teatr idi və dram kritikləri yazmağa başladı. Yazılarında istifadə etdiyi məhkəmə salonlarının etibarlı məntiqi maraq çəkmişdi, ədalətin ortaya çıxartdığı insan şəxsiyyətlərin teatral şəxsiyyətlərlə bütünləşdirir və məhkəmə salonları ilə teatr səhnələrində oynanan rolların ortaq istiqamətlərini sərgiləyirdi. 

 

Bir bombalama olayının günahkarı olan anarxist Oqyust Vayyan davası Leru üçün önəmli bir köşəbaşı oldu. Lerunun “Le Matin” qəzetində nəşr olunan dava ilə əlaqədar şərhləri böyük maraq doğurdu, davaya yeni ölçülər gətirir və istintaqı sanki istiqamətləndirirdi. Vayyan ilə həbsxanadakı hücrəsində apardığı danışıqlar nəticəsində Leru günahkarı deyil, günahı sorğulayır və özünün həbsxana antropoloqu olduğunu söyləyirdi. Bu vaxt özünü böyük bir təhlükənin içinə atmışdı, təhdid edilirdi, amma vecinə almadan liberal düşüncələrini yazmağı davam etdirdi. Xalq ikiyə ayrılmışdı, bəzilərinə görə bu çox yaxşı hekayə idi və izlənilməsi xoş idi. Leru şübhəli ilə apardığı danışıqların içərisindən çömçəylə çıxarırcasına vurucu istiqamətlər tapır və hər kəsi çaşdırırdı. Kim idi günahkar? Vayyan, yoxsa onun bu hala gəlməsi üçün əlindən gələni edən ictimai nizam? Axırda Vayyan gilyotinə yollandı, amma Leru artıq ömrü boyunca edama qarşı mübarizəsini davam etdirəcək və liberalizmin bayrağını daşıyacaqdı.

 

LERU JURNALİSTKİADAN İMTİNA ETDİ.

Sonrakı illərdə Leru “Le Matin”in inqilab müxbiri və siyasət yazarı olaraq Asiya, Afrika, Avropa və Rusiyanı gəzdi. Dövrünün bütün siyasi olaylarının içində idi. Son rus çarı ilə görüşdü, Dreyfus davasını yaxından izlədi, məcarəçi ruhunu yazılarına əks etdirməsi maraqla izlənilirdi, rəngli, dramatik və kompromissiz üslubu böyük olayların şahidi olması ilə birləşincə axtarılan və istənilən yazar olmuşdu. Vezuvinin püskürməsi əsnasında kraterin içində idi. Şərqi Anadoludakı türk-erməni müharibəsinin və rus-yapon müharibəsinin mərkəzində olayları yaşadı. Mərakeş üsyanı əsnasında ərəb "maşlah"ı geyərək gəzən tək avropalı o idi.  Qaradənizə getdi, Odessa və Sankt-Peterburq üsyanlarını içindən izlədi. Rus inqilabının ayaq səslərini yazdı. Çar ilə Kayzer II Vilhelm arasındakı Baltik dənizindəki gizli yığıncağı dünyaya eşitdirən o idi. Daha sonra rus məhkəmələrinə aşpaz geyimi ilə girərək olanları dünyaya eşitdirən yenə də Leru idi. Və olmadıq bir olay bir anda hər şeyi dəyişdirdi. Uzun səfərin dönüşündə istirahət edərkən redaktorundan gələn telefonla oyandırıldı, hirslə telefonu açdığında o gecə dərhal Tulon limanına gedən qatara minməsi istəndi: çünki bir fransız müharibə gəmisi havaya uçurulmuşdu. Leru o anda qərarını verdi; telefonu redaktorun üzünə qapatdı, bundan sonra yalnız bir roman yazarı olaraq yaşayacaqdı. İl 1907 idi.

 

SARI OTAĞIN SİRRİ

Lerunun ilk kitabları 1903-cü ildə kitabçılarda görüldü. “Səhər xəzinəsini axtararkən” adlı serial-kitab daha öncə “Le Matin”də nəşr olunmuşdu. Hekayə 18-ci əsrdə yaşamış Lui-Dominik Kartuş adlı quldurun həyatını izah edirdi. Üslub yenə eyni idi. Leru qulduru gizli-gizli ucaldırdı və soyulan aristokratları köhnəldərək alçaldırdı.  1907-ci ildə Leru “Sarı otağın sirri” adlı baş əsərini nəşr etdi. Nə qədər “Operadakı Xəyalət” onun ən məşhur əsəri olaraq təyin edilsə də, tənqidlərə görə ən uğurlu romanı bu idi. Roman bir cinayət üzərində qurulur, tamamilə qapalı və kilidli otaqda işlənən bir cinayəti izah edir. Otağın qapısı möhürlüdür və içəri girilə biləcək başqa bir yol yoxdur. Bu imkansız cinayət Lerunun Şerlok Holms tipləməsinin fransız versiyası olan Jozef Rultabiy tərəfindən çözülür. Roman detektiv romanlarının qabaqcılı olan 2 böyük yazar-Eqdar Allan Po və Ser Artur Konan Doyl tərəfindən təqdirlə qarşılanır. Ponun məşhur “Morq küçəsində qətl” ilə qarşılaşdırılmasına rəğmən fərqliliyi ortadadır, cinayət tamamilə məntiq oyunlarına əsaslanır. Detektiv Rultabiy Lerunun sonrakı 7 romanında daha görüləcəkdi.



“OPERADAKI XƏYALƏT"İN DOĞULUŞU

Ayrıca romanda məşhur fransız ədəbiyyatçılarının, yəni, Stendal, Düma və Viktor Hüqonun təsirləri də görülməkdədir. 1908-ci ildə Leru Parisdən Nitsaya yola çıxar, oranın iqlimindən xoşlanmaqdadır və yazmağa davar edər. Bu əsnada I Dünya Müharibəsi öncəsində oxuma vərdişi pikdədir. Amma Leru sadəcə detektiv romanları yazarı deyildi, eyni zamanda da məcarə, qorxu və fantastik hekayələr və romanlar yazırdı. 1908-1911-ci illər arasında 5 roman nəşr olundu: bunlardan birisi çox uzun roman olan “Şabaşa kraliçəsi” idi. 1902-ci ildə bir oyun yazdı, uzun zaman səhnəyə qoyulmayan bu oyun bir mənada “Sarı otağın sirri”nin adaptasiya idi. Eyni dönəmdə səssiz kino yayılmağa başladı və Leru kino ilə maraqlanmağa başlayaraq ssenari yazmağa başladı. Qonşusu Navarra məşhur “Fantoma” serialının oyunçularından idi, birlikdə işləyərək bir çox ssenari yazdılar. Lerunun qızı Madlen də filmlərdə oynayırdı. Amma Leru 1918-ci ildə kinodan uzaqlaşdı və İspaniya vətəndaş müharibəsindəki casusluq olayları ilə əlaqədar bir roman yazdı, bu ərəfədə də hələ yaşanmamış olan II Dünya Müharibəsini nəzərdə tuturdu. Kitab çox satıldı və şöhrəti sürətlə yayıldı, kitabları anında ingiliscəyə çevrilərək nəşr edilirdi. Onu ölümsüzləşdirən “Operadakı Xəyalət” isə kino marağının öncəsində 1911-ci ildə nəşr edilmişdi və o biri kitabları qədər maraq görməmişdi. Amma dəyəri sonra aydın olacaq və olay yaradacaqdı.

 

 

ROMAN, YOXSA SƏNƏDLİ ƏSƏR?

“Operadakı Xəyalət”i Leru Paris Operasını gəzdikdən sonra yazdığını söyləyir. Binanın hər yerini gəzmiş, zirzəmilərinə qədər enmişdi. Həqiqətən də Paris Operasının altında zülmət qaranlığın içində labirint hücrələr, sirli yeraltı göl, dəmir barmaqlıqlar tapılmaqdadır. Əslində bina Prussiya müharibələrindən qalma həbsxananın üzərində qurulmuşdur, yer səviyyəsinin altına qapadılan məhkumlar gün işığını əsla görə bilmirdilər. Leruya təsir edən digər olay isə 1896-ci ildə izləyicilərin üzərinə düşən nəhəng çilçıraq idi. Nətiicə qorxunc idi və bir ölü, saysız yaralı. Leru binanı incələyərkən memar tərəfindən niyə yaradıldığı bilinməyən pətək bənzəri keçidlər kəşf etdi, məqsədi anlaya bilməmişdi və sanki qaranlıq keçidlərdə görünməyən bir canlı yaşayırdı. Bax, “Operadakı Xəyalət”, yəni Xəyalət Erik burada doğuldu, amma Leru xəyalətin gerçək olduğunu, yəni, daha öncə buranı inşa edən yarı dəli, musiqiçilərə nifrət edən bir memar olduğunu iddia edirdi. Əslində “Operadakı Xəyalət”in, yaxşı diqqət edilirsə, çox yaxşı araşdırma və inkişaf etdirmə prosesinin nəticəsində yazıldığı aydın olur. Leru jurnalist məntiqi ilə sənədli vəsait yığmış, ustalıqla hörmüş və fonddakı detalların üzərinə yayaraq bir roman ortaya çıxarmışdı. Bütün obrazlar realdır və bu cür roman yazma stilininin, yəni, real şəxsləri fantastikalaşdırmanın tapıcısı Lerudur. Oxucu romanı oxuyarkən gerçəklə xəyal arasında gedib gəlir, zaman-zaman da qarışdırır.

 

 

O-XƏYALƏTDİR, AMMA ƏTİ, SÜMÜYÜ VAR.

“Operadakı Xəyalət” daha başlanğıcda oxucunu ələ keçirir. Xəyalət real şəxsiyyətdir, yəni fövqəltəbii varlıq deyil, üstəlik daha da qorxuncdur. Çünki öldürməkdədir, əli-qolu olmayan mücərrəd xəyalətin əskinə qan və ətdən meydana gəlmişdi, kin və nifrət dolu dəlidir. Kitab İngiltərə, ABŞ və Fransada nəşr olunduqdan sonra Xəyalət orqan çalan və çilçırağın zəncirini kəsən  illustrasiyalarla canlandırıldı, bu şəkildə konkret şəxsiyyəti daha diqqətə çarpdı. Hekayə tipik Leru girişi ilə başlayır, qarşınıza təhlükəli, sirli, toplumdan xaric obraz çıxır, bunu opera salonunun  təsvirləri izləyir və dərhal ardınca eşq hekayəsi gəlir. Lerunun mövzusu hazırdır. Sirr, məkan və eşq-bunlar obrazla bütünləşincə geriyə sadəcə fantastika qalır və Leru bunu çox yaxşı bacararaq oxucuya kitabını nəfəs almadan oxudur. Dəfələrlə kinoya köçürülən “Operadakı Xəyalət” sadəcə bir dəfə mövzuya sadiq qalmış və romandakı həyəcanı izləmişdi. (1924-cü il, Universal Film, Lon Çeyni) Çeyni fövqəladə performansla xəyaləti canlandırmış, hətta yaşamışdı. Qaston Leru bu filmi görəcək qədər yaşadı və şərh etmədi. Özünü ölümsüz edəcək olan “Operadakı Xəyalət”i ən önəmli kitabı olaraq qəbul etmirdi.

 

 

"YAZIQ ERİK"

15 aprel 1927-ci ildə Qaston Leru 59 yaşında, gözlənilməz bir anda kiçik əməliyyatın ardınca zəhərlənərək öldü. Nitsa yaxınlarındakı Castle Cemetery´ə basdırıldı, geriyə tamamlanmamış, amma dərhal nəşr olunacaq olan roman buraxmışdı. Özü ilə 1925-ci ildə aparılan danışıqda “Operadakı Xəyalət” üçün belə deyirdi: ““Operadakı Xəyalət” gerçəkdir, mənim üçün yetərli dəlilləri vardır, amma qalanı razı qalıcı fantastikadan ibarətdir. Xəyalət canlı insandır, amma gerçək xəyalət kimi görünür, ya da davranır, yəni, kölgə kimidir və bu kölgə qorxuducu, amma eyni zamanda da inandırıcı əhvalatla bütünləşir. Uzun araşdırmalar apardım və sorğuladım. Paris Operasının keçmiş idarəçilərindən Messaje və Geyar ilə danışdım, bənzər hadisələr dinlədim. Memarlar, arxivçilər əhvalatı inkişaf etdirdilər. Nədənsə həmişə opera binalarında bir xəyalət inancı vardı, bugün hələ Paris Operasında baletlərin geyinmə otağında dolaşan kədərli və qorxunc xəyalətdən danışılır. Bu söhbətlər romanıma təsir etdi. Çeynin oynadığı film bu istiqamətdə çəkildi. İşin əsli, Erik gerçək və unudulmaz xəyalət idi. Əlində kəllə ilə dolaşan, opera binasını özünə ev etmiş biri, amma zəkası uşaq qədər idi. Onun gerçək şəxsiyyətini kitabdakı Kristina Doe şəxsiyyətinin arxasında saxladım. O- Kvazimoda, “Notre Dame”nin donqarı idi. Opera kitabxanaçısı M. Co Vayl baletlərin otağındakı xəyaləti bilir və çətin günlər yaşandığı danışırdı, anlatdıqları gerçək idi. Anlaşılmaz və açıqlana bilməyən bir kölgə dəhlizlərdən sürüşərək keçir və soyunma otağına gəlirdi və inanıram ki, əgər o-ölüdürsə, hələ sakitliyə qovuşa bilmədi. Yazıq Erik...”

 

ÇİLÇIRAQ NECƏ DÜŞDÜ?

Paris Operasının tavanı  Jül Ejen Lenevyo tərəfindən boyanmışdı, amma 1962-ci ildə Çaqal tərəfindən yenidən boyandı, tavan ikiyə bölünmüş və məşhur bəstəkarlarla onların əsərlərini canlandıran işarələr çəkilmişdi. Tavanın tam ortasında nəhəng çilçıraq asılı idi və 20 may 1896-ci ilə qədər orada qaldı. O gün “Helle” operasının qala gecəsi idi. İlk pərdənin bitməsinə 9 dəqiqə qala soprano Karron ariyasını soyləyərkən birdən qorxunc çığırtı eşidildi. İşıq partladı, tavandan yağan toz buludu salona yayılarkən tamaşaçılar panika halında qapılara doğru qaçmağa başladılar. Səhnədəki sənətçilər və xor yerində qalmışdı, özlərini səhnədə daha etibarda hiss edirdilər, ön kreslolarda oturanlar daha soyuqqanlı davranaraq olduqları yerdə qalmışdılar. Əsl faciə panika halındakı insanların doldurduğu qalereyalarda yaşandı. 2-3 dəqiqə içərisində qalereyalar boşaldığında geriyə yerdə yatan yaralılar qalmışdı. Bəzi qadınlar nərdivan barmaqlıqlarına və heykəllərə dırmaşaraq aşağı tullanmaq istəmişlər, amma vəzifəlilər tərəfindən əngəllənmişdilər. Burada 5-6 nəfər yaralandı, amma nəticədə vəzifəlilər çıxışa gedən doğru yolu göstərmişdilər. Əvvəl bir neçə yüngül yaralıdan başqa bir zərər meydana gəlmədiyi zənn edildi, amma qışqırıqlar başlayınca iş dəyişdi. Balkonun altında əzilmiş, qışqırıqlar atan bir qadın vardı-deyərkən hər yeri qana bulanmış bir qız ortaya çıxdı, qışqırır və anasının 4-cü qatdakı yıxıntının altında qaldığını söyləyirdi. Araşdırma apararkən bir qadının əzildiyi aydın oldu. İstintaqın əvvəllərində öncə qəza olmadığını düşünüldü, bombadan şübhələndilər, sonra damda yanğının başladığı aydın oldu. Elektrik kabellərindən birisi qısa dövrə edib alovlanmış və çilçırağı tavana tutduran 8 ayağın birisini əritmişdi, yerindən qopan ayaq aşağıda 11 və 13 nömrəli qoltuqlarda oturan ana və qızının üzərinə düşmüş, talesiz ana 770 kiloluq dəmirin altında qalaraq ölmüşdü. Yəni, düşən şey çilçıraq deyildi, çilçırağın dəmir ayaqlarından birisi düşmüşdü.

 

KRİSTİNA KİMDİR?

“Operadakı Xəyalət”in qadın qəhrəmanı Kristina adlı sopranodur. Xəyalətin ilk aşiq olduğu qadındır və vikont de Şanini, Raulu sevir. Halbuki Kristina realdır, isveçli sopranodur.  Leru çağdaşı olan Kristinadan təsirləndiyini söyləyərkən özünü tanımadığını qeyd edir. Sopranonun başından keçən 2 hadisə maraqlıdır. 1901-ci ildə Londonda yenə xəyalətli opera binalarından birisi olaraq bilinən Drury Lane´də  La Traviata operasında oynamağa gedən Kristinanı qala gecəsində dinləyənlərin arasınca Uels Şahzadəsi və onun qonağı olan İran Şahı vardı. Oyundan sonra özünü ziyarət edəcəklərini təhmin edən Kristina Parisdən çox bahalı və özəl geyim gətizdirir və hazırlanaraq alicənab qonaqlarını gözləməyə başlayır. Aradan bir saat keçər və gələn-gedən olmaz. Ümidini kəsən Kristina görkəmli geyimini çıxararaq yenə operada geydiyi çınqıl geyimi geyinir, içində çox da rahat deyil və sınamaq məqsədindədir. Birdən qapı döyülür və Şahın gəldiyi bildirilir. Kristina çaşır, geyimini dəyişdirməyə vaxt yoxdur, rədd edir, amma Şah inadcıldır. Kristina otaqdan o geyimlə atılır və Şahın qolundan tutaraq hayqırır: “Siz çox pis bir şahsınız. Bir saat öncə çox gözəl idim, sizin üçün geyindiyim möhtəşəm geyim içində gözləyirdim, amma indi səfil görünüş içindəyəm. Ayaqlarımda ayaqqabı belə yoxdur.” deyir və çılpaq ayağını qaldıraraq şahın burnuna dayayır. Bundan sonra şahın nə etdiyi bilinmir, çünki Kristinanı alıb otağına girir. Amma Kristina hər kəsin içində İran Şahının burnuna çılpaq ayağını dayayan tək qadın olaraq tarixə keçir. Yeni eyni illərdə Kristina Rusiyada Peterburqa Faust operasında Marqaritanı oynamağa gedir. Oyun əsnasında məşhur “Ləl-cəvahirat ariyası”nı söyləməkdədir, ləl-cəvahirat qutusunu açır və içindəki gerçək ləl-cəhaviratla qarşılaşır. Ləl-cəvahirat çarlıq tərəfindən ərməğan olaraq verilmişdi, amma saxtaları ilə qarışdırılaraq oyun aksesuarlarının arasına girmişdi. Kristina qutudakıların gerçək olduğunu dərhal anlayır və ariyanı kəsərək “Nə gözəl şeylər!” deyə hayqırır. Olayın iç üzünü bilməyənlər hələ Faustda belə bir sözün olub-olmadığını müzakirə edirlər. Kristinanın Rusiya gəzintisi olaylarla doludur, hər oyundan sonra incə geyimlə ayaqyalın qarlarda qaçması, ayı ovuna çıxıb bir ayını şəxsən vurduğu və ayının postunu Londondakı evinin holluna sərdiyi unudulmayan anekdotlardandır. İsveçli Kristina Lerunun Kristinası kimi deyildi, amma gerçək idi.

 

“OPERADAKI XƏYALƏT" KİNODA

“Operadakı Xəyalət”  kino sənətində sadəcə gizli musiqi dəlisinin ovlandığı bir hekayə deyil. Kino tarixindəki yeri Lon Çeyni ilə bütünləşir. Çeyni özəl makiyaj və  effekt texnikaların olmadığı bir dövrdə öz qabiliyyəti ilə operanın labirintlərində dolaşan elə çirkin və təsirli bir tip yaratmışdı ki, hələ baş əsər olaraq ağıllarda qaldığı kimi kino məktəblərində nümunə olaraq da göstərilir. “Min üzlü adam” deyilən Çeyni 1925-ci illərdə sürətlə yayılan yayılan səssiz kinonun tanınmış oyunçularından deyildi, “Operadakı Xəyalət”lə dünya miqyasında şöhrət qazandı. Bununla da “O.X.” bir qorxu film klassikası olaraq “Dracula” və “Frankenstein” yanında ədəbiyyata keçdi. Filmdə Kristinanı oynayan Meri Filbin isə parlaq və kəskin drama nümunəsini verməsiylə xatılanır. Filmdə Çeyninin üzündən maskasını fırladaraq oynadığı “ölünün başı” bölümü kino tarixinin ən yaxşı səhnələrindən birisi olaraq qəbul edilir. Mütəxəssislərə görə, doğru kölgələrin doğru yerlərdə beləsinə yaxşı istifadə edildiyi başqa bir örnək yoxdur. Çeyni bunu təsdiqləməkdə və “Orada qorxunun bütün xəyalını verə bildik” deməkdəydi.  “O.X.” o illərə görə böyük müvəffəqiyyət qazanmış film olmasına rəğmən günümüzə qədər dəfələrlə kinoya köçürüldü. 2-ci versiyası 1943-cü ildə rəngli və səssiz olaraq çəkildi. X.-i fransız aktyoru Klod Reyns oynadı. Hekayə ilə oynanmış və Reynsin oynadığı bir bəstəkarın üzünə tökülən turşu nəticəsində qorxunc hala, X.-ə çevrildiyi canlandırılmışdı. Öncəki film qədər qotik olmayan bu əsərdə musiqi daha ön planda idi və dövrün məşhur müğənnisi Nelson Eddi də filmdə oynayırdı. Maraqlı olan bu filmdə Çeynin filmindən alınan rəsmlərin istifadə olunması idi və film sonunda bir fotoşəkili Oskar qazandı. Daha sonra Lerunun hekayəsi bir ispan filmində- “El Fantasma de la Operetta” -yenə ağ pərdəyə köçürüldü. Buradakı X. xor qızlarını öldürən şorgöz və amansız qatil idi. 1962-ci ildə  qorxu filmləri ilə məşhur “Hammer”  (Herbert Lom və Hizer Sirs) digər “O.X.”-i pərdəyə gətirdi, amma qeydə dəyər alınmadı. 1974-cü ildə prodüser  Brayan De Palma işi sulandıraraq parodiya cizgisində “Cənnətin Xəyaləti” adı ilə  New York Rock´n Roll konsert salonunda keçən fərqli uyğunlaşmanı filmə aldı. Filmdə Pol Uilyamsın oynadığı heroin istifadəçisi və müğənni olmaq istəyən pis qəlbli val prodüseri X.-i yumorlu cizgidə simvol edirdi. 1983-cü ildə “O.X.” Maksimilian Şellin baş rolda oynadığı mini-serialda görüldü, yanında ovsunlayıcı Ceyn Seymur oynayırdı. 19-cu əsr Budapeştində keçən filmdəki X. tipləməsi gerçək xəyal olaraq eləsinə ötürüldü. 1989-cü ildə “Elm Küçəsi”nin qorxunc Freddisi Robert Enqlund X. olaraq kamera qarşısına keçdi. Bu tam anlamıyla özəl effektlərlə bəzənmiş modern qorxu filmindən başqa bir şey deyildi. Və 1990-cı ildə NBC televiziyası oyun yazarı Artur Kopitin uyğunlaşdırdığı 2 bölümlük serialda həyatının son eforunu xərcləyən Bert Lankasteri Çarlz Dens ilə birlikdə oynadaraq fərqli,amma yavaş X.-i sınaqdan keçirtdi. Görünən odur ki, Çarlzın xüsusi bacarığı xaricində “O.X.” kinoda yetərincə yerini almadı. Çünki kitabın təməl və gerçək obrazı olan X., -Erik- Lerunun öz şəxsiyyəti ilə bütünləşən qaranlıq və gizli tipdir. Bunu fərq edən və ya bilmədən bütünləşən aktyor Çeynidir, ya da müəllifin müasiri olmasının avantajını yaxalamışdı. Leru Erikin əsl şəxsiyyətini bilirdi və “O.X” xaricindəki kitablarında da ondan istifadə etdiyini eyham edirdi. Bir söz-söhbətə görə Lon Çeyni real Eriklə qarşılaşmış və çox təsirlənmişdi. 1925-ci ildəki filmdə istifadə olunan və Çarlz Holl tərəfindən həyata keçirilən Paris Operası komplekti hələ durmaqdadır. Universal Studiyalarını gəzənlər 28 nömrəli komplektdə bina ilə qarşılaşa bilərlər.

 

BÜTÜN ZAMANLARIN ƏN YAXŞI MÜZKLI

“Phantom of the Opera” dövrümüzün müzkl dahisi Endryu Lloyd Vebberin bəstələri ilə 9 oktyabr 1986-ci ildə ilk dəfə Londonda sərgiləndiyində dərhal hər kəs çox böyük müzkl olayı ilə qarşılaşdıqlarını anlamışdı. Vebber və komandasının yaratdıqları müzkl fövqəladə idi. Hər nə qədər Kristinanı ilk dəfə oynayan bəstəkarın o zamankı arvadı Sara Braytmanın daha ön plana alındığı fikrini müdafiə edənlər çıxsa da, X. obrazı olması gərəkənin üzərində idi. Vebberin nəhəng müzklı hələ də London və Nyu Yorkda oynanılır, milyonlarla adam tərəfindən izlənildi və izlənilir.

X.-i növbəti dəfə bəyaz pərdə Vebberin musiqisi ilə gətirilməsinin ilkin mübahisələrində o, “mən teatrçıyam” deyib təkliflərdən uzaq durmuşdu. Hətta kino tənqidçiləri Vebberlə Stiven Spilberq işbirliyini düşünmüşdülər. X. rolu üçün Con Travoltanın düşünülməsi bütün dünyada əks-səda doğurmuş, kompaniya yaradaraq “Əlinizi X.-dən çəkin...” demişdilər xəyalətsevərlər.

 

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+7=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0701 saniye