Orucunu reklam edənlər…
Qoşqar Abbas tərəfindən "Digər yazılar" bolməsinə 07:37 29 iyul 2013 tarixində əlavə olunmuşdur

Bir neçə gün öncə feysbukda  “Bunlar niyə oruc tutduqlarını reklam edirlərki” adlı bir satatus gördüm. Sahibi çoxlarımızın tanıdığımız yazarlardan biri idi. Yox, bu dəfə Aqşın Yenisey və ya başqa bizim ateist gözündə gördüyümüz bəzi dindarlardan daha çox Allaha sahib çıxanlardan deyildi. Dindar, imanlı bir orta yaşını keçmiş, ahıl yazıçı.

Mən də yerimdə durmadım balaca bir cızma-qara etdim.

Əvvəla onu qeyd edim ki, Oruc olduğunu kiməsə və ya kimlərsə demək nə günahdır, nə də qəbahətdir. Hədislərdə də bu belə buyrulur.

Rəsulullah (s): “Oruc tutan bir şəxs, özünə təhqir edilən zaman “Allahın salamı üzərinə olsun, mən bu gün orucam” desə, Allah-Təala buyurar: “Oruclu qulum mənə sığındı, onu Cəhənnəm atəşindən qoruyub Cənnətimə yerləşdirin.” (“Vəsailuş-Şiə”, c.4, s.121, “Səfinətul-Bihar”, c.2, s.65)

Hətta bir gün səhabə gəlib deyir : Ey Rəsulullah (s) sən mənə oruc tut dedin. Mən rəbbimə sığınaraq oruc tutdum. Məclislərin birində “bir nəfər nənə ağzından pis qoxu gəlir “

Bu zaman  Rəsulullah (s) buyurur…

Rəsulullah (s): “Canım əlində olan Allaha and olsun ki, oruc tutan şəxsin ağızının qoxusu, Allah yanında müşk qoxusundan daha yaxşıdır.” (“Biharul-Ənvar”. c.93, s.250)

Rəsulullah (s) buyurur ki, Orucam deməkdən  çəkinməyin.

Mən alimlik etmək fikrində deyiləm. Sadəcə dəlillər və sübutlar gətirdim ki, ey gözəl insanlar “Orucam” deməkdə heç bir ayıblıq, çəkinməlik yoxdur. Bu reklam, özündən razılıq, ozunu göstərmək deyildir. Onsuzda rəbbin hər şeyi görür və eşidir.

Sən və digər sənin düşüncəndə olalar evini təmir edəndə şəkil çəkdirir ki, “ay camaat baxın mən evimi təmir elətdirirəm” və ya “ay camaat baxın mən çay içirəm”, “baxın indi tort kəsirik” ,şəkillər və stutuslar paylaşa bilirsiniz  biz yox?!. Bir yuxarıya bir aşağıya  baxın !..

Gələk əsas məsələyə…

İndi deyim niyə Orucu olduğumu yazıram.

Ona görə Oruc olduğumu yazıram ki, bəlkə ara-bir siz də imana gəlib, oruc tutasınız. Deyirəm bəlkə tutmasınzda tutanlara hörmət edəsiniz. Hansı ki, sizin kanallar elə bil Ramazan ayı deyil və bu ölkədə müsəlmanlar yoxdur kimi davaranır. Ona görə “Orucam” deyirəm ki, bəlkə insafa gələsiniz iftara qədər orda yaxşı qonaqlıq verdilər, ləzzəti yemək yedim, deyə statuslar yazmaya və ya şəkillər yükləməyəsiniz. İslamı, müəlmanları və Orucun faydasızlığını, lazımsızlığını yazan statuslarınızdan əl çəkə , heç olmasa bir ay sakit durasınız. Ona görə “Oruc” olduğumu yazıram ki, bəlkə metronun içində insanların suya ən çox ehtiyacı olan zamanda əlinizdə suyu gozlədəsiniz . Bəzən suyu elə içirsinizki  az qala gözümüə soxa-soxasız. Bəlkə bir ay hörmət edib su həsaslığı göstərəsiniz. Ona görə “Oruc” olduğumu yazıram ki, yanımızda olanda bəlkə  utanıb siqaret çəkməyəsiniz. Ona görə “Oruc” olduğumu yazıram ki, biədəb-biədəb danışmağı saxlayasınız. Ona görə “Oruc” olduğumu yazıram ki, bəlkə insan olduğunuzu , sosial məsuliyyətinizi başa düşəsiniz. Nəticədə bu dünyada birlikdə yaşayırıq. Birlik olaq, bir yox.

 

Düzdür içərinizdə həqiqətəndə inanclara hörmət edənləriniz var. Amma, bəziləriniz özünüzü elə aparırsınız ki, elə bil heç nədən xəbəriniz yoxdu. Biz nə edək?!. Deyirik  ”Orucam” anlamırsınız.

Gərək üstümüzə “Orucam” adlı plakatmı asaq ki, anlayasınız.

 


... dəfə oxunub
Qiymət: 8/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
10+29=
Hesaba giriş
Müəllif

Qoşqar Abbas
Haqqında
Abbasov Qoşqar Qara oğlu 22.02.1993  tarixində Qazax rayonunda anadan olub. 2011-ci ildə Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya fakültəsinə qəbul olub. Hazırda fakültənin fəlsəfə ixtisasında III kurs tələbəsi olaraq təhsilini davam etdirir. İctimai aktivliyə 2011-ci ildən başlayıb. “İrəli” İctimai Birliyində “Fəlsəfə Akademiyası”  , “Miras” Mədəni İrsin Öryənilməsinə Kömək İctimai Birliyində “Mənim Yeni Blogum” , “Yeni Gənclik” Tələbə Birliyində” Fəlsəfə Məktəbi”, ”İşıq”  Gənclər Hərəkatında “Azərbaycanda…” layihələrinin koordinator-rəhbəri olub. Onlarla yerli və beynəlxalq layihələrin iştirakçısı olub. Fəlsəfə və blog hüquqları, layihə hazırlanması və idarəedilməsi üzrə təlimlər aparıb, mediada müxtəlif araşdırma və  köşə yazıları yayımlanıb. Daha sonra media sahəsində çalışmağa başlayıb. ”Miras” Mədəni İrsin Öryənilməsinə Kömək İctimai Birliyində media koordinator və İT qrup rəhbəri , “Yeni Gənclik” Tələbə Birliyin də layihələr üzrə katib, ”İşıq”  Gənclər Hərəkatında mətbuat xidmətinin katibi olaraq çalışıb. NewsTime.az Xəbər Portalının təsisçisi və baş redaktoru, Thenews.az Təhsil Portalının təsisçisidir.Web ( Blog ) : http://goshgarabbas.wordpress.com
Əlaqə
Tel.:
+994555733735
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0224 saniye