otağımdakı piano
Sən An tərəfindən "Şeir" bolməsinə 19:05 17 yanvar 2015 tarixində əlavə olunmuşdur

otağımdakı piano,

 çox qəmlisən.

köklənmisən minora.

ağ-qara dillərin,

rəqs edir ora-bura.

lirika ilə məst oluram,

kədərdən ruhu şikəst oluram.

otağımdakı piano,

bəlkə də musiqilər,

bəhanədir qüssələrə,

həvəsim də heç qalmayıb,

dəyişən fəsillərə,illərə.

otağımdaki piano,

üstünü toz basıb,

toxuna bilmirəm sənə.

içimdə hər gün ölür nəğmələr.

öldürürsən məni piano,

nə olar köklən  majora.

yox bacarmırsan!

aparırsan məni uzaqlara,

piano....

məhv oluram!


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+23=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0252 saniye