Oyuncaq gəlincik (müəllifi məlum deyil)
Afig Huseynov tərəfindən "" bolməsinə 00:31 17 iyul 2014 tarixində əlavə olunmuşdur

Bir dəfə mən çox da böyük olmayan bir əyalət şəhərində,evimizin yaxınlığında yerləşən mağazaları gəzib alış veriş edirdim,kassaya yaxınlaşanda orada işləyən qadının əlində oyuncaq gəlincik tutmuş 4-5 yaşlarında bir oğlan uşağı ilə danışıqlarının şahidi oldum.

Qadın deyirdi:

-Üzgünəm,balaca,sənin pulun bu gəlinciyi almağa bəs eləmir.

Onda balaca oğlan mənə tərəf yönəldi və əlindəki pulları mənə göstərərək soruşdu:

-Əmi can, siz də deyin görüm doğurdanmı mənim pulum bu gəlinciyi almağa bəs eləmir?

Mən  uşağın pulunu saydım,onun başını sığallayaraq qadının dediyini təsdiq etdim.

Balaca oğlan kassanın qabağında əlində oyncaq  sanki donub qalmışdı.

Aldığım şeylərin pulunu ödədikdən sonra yenidən balacaya yaxğnlaşdım və ondan bu oyuncağı kimin üçün aldığını soruşdum.

Bu oyuncaq mənim bacımın xoşuna gəlmişdi və atamın onu almasını istəyirdi.İndi mən bu gəlinciyi onun ad gününə hədiyyə etmək istəyirəm!Mən istəyirəm ki,onu anama verim ,o da onun yanına gedəndə bacıma versin .

Balaca oğlan bunu mənə danışan zaman mən onun qəmgin gözlərini gördüm.

Atam deyir ki,mənim bacım allahın dərgahına gedib,-o,bunu gözlərimə baxaraq dedi-Mən də atama dedim ki,mən gələnə qədər anamı qoyma getsin və o mənə gülərkən çəkilmiş rəsmini göstərdi.Mən istəyirəm ki,anam onun yanına gedən zaman  bu şəklimi də bacıma versin ,o da məni unutmasın və əlavə etdi:

-Mən anamı çox sevirəm ,istəmirəm ki,o bizi tərk etsin,ancaq atam deyir ki,o da mənim balaca bacımın yanına getməlidir.Daha sonra o kədərli baxışları ilə əlindəki oyuncağa baxdı.

Mən tez əlimi cibimə uzatdım və bir qədər pul çıxararaq oğlana dedim:

Gəlsənə sənin pulunu yenidən sayaq,bəlkə sənin pulun kifayət qədərdir?

Hə,mən də xalaya deyirəm ki,mənim pulum oyuncağı almağa çatar!

Çıxardığım pulu hiss edtirmədən  balacanın puluna qarışdırdım və biz yenidən pulu saymağa başladıq.Bu dəfə balaca gəlinciyi ala bilərdi və hətta bir az da artıq qaldı.

Balaca oğlan :

Mənə pul yetirdiyinə görə çox sağ ol allahım ,dedi.Sonra üzünü mənə çevirərək əlavə etdi:

Mən dünən gecə yatmazdan qabaq allahdan xahiş etmişdim ki,bu gəlinciyi almaqdan ötrü mənə pul yetirsin və mən də onu anama verim ki,bacımın yanına gedəndə mənim hədiyyəmi ona çatdırsın.Mən həm də çox istərdim ki,allah mənə çoxlu pul yetirsin ki,mən həm oyuncaq gəlinciyi alım,həm də anama  sevdiyi ağ qızılgülləri alım,ancaq mən allahdan qızılgül almaq üçün pul verməsini xahiş etməmişdim,bir baxın o mənə artıqlaması ilə pul verdi.Mənim anam ağ qızıl gülü çox sevir!

Mən alış verişimi çox fikirli halda bitirdim.Bu oğlan mənim ağlımdan heç çıxmırdı.Sonra ,2 gün bundan əvvəl yerli qəzetlərdən birində oxuduğum bir yazı yadıma düşdü:”Dünən sərxoş sürücü yolu keçən bir qadını və onun 3 yaşındakı qız uşağını maşını ilə vurmuşdur.Balaca qız hadisə yerindəcə keçinmiş,anası isə çox ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdir.Qadınin komadan ayılması mümkünsüz olduğundan ailəsi onun bağlı olduğu aparatınin söndürülməsinə qərar verməlidir”.Aman allah, doğurdanmı mənə rast gələn bu oğlan həmin ailənin uşağı imiş?

İki gündən sonra qəzetdə həmin qadının öldüyü və sabah dəfn olunacağı barədə xəbər yayıldı.Göz yaşlarımı saxlaya bilmirdim.Mən ağ qızılgüllər alaraq dəfn mərasiminə getdim.Cavan qadın tabutun içində ağ paltarda idi.Onun bir əlində oyuncaq gəlinciklə balaca oğlunun fotoşəkli,o biri tərəfində isə bir ədəd ağ qızılgül var idi...

Mən oranı goz yaşları içində tərk etdim və hiss etdim ki,mənim həyatımda nəsə dəyişiklik baş verir.Mən artıq bu balaca oğlanın anasına və balaca bacısına olan sevgisini heş vaxt unutmayacam!!!

 


... dəfə oxunub
Qiymət: 9/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
4+9=
Hesaba giriş
Müəllif

Afig Huseynov
Haqqında
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini 1978 ci ildə bitirmişəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0337 saniye