Oyun(C.A.Q.) - İlk 5 bölüm
Susqun tərəfindən "Hekayə" bolməsinə 00:24 24 iyun 2015 tarixində əlavə olunmuşdur

Proloq.

Yaşadığı müddət boyu hər kəsin bir qırılma nöqtəsi, şübhə etdiyi an ya da özünə qarşı çıxdığı vaxtlar olur. Əgər dindarsansa, mütləq bir gün içindən şübhə baş qalıdırır və "niyə"-lərin cavabını axtarırsan. Əgər skeptik birisənsə onsuz da, hər şeyi sorğulayacaqsan. Hətta ən çox nağıl eşidən uşaqlar belə olsa onlar da elə ən çox sual verənlərdir. Biz insanıq. 7-ci nəsil insanlar. Niyə 7-ci nəsil? Yox, bu rəqəm müqəddəs ya da nəsdir deyə demədim. Həqiqət budur. Bəs dünyanın və yaşamın bütün gerçəklərini, həqiqətlərini, sirrlərini biləndən sonra nə olacaq? Heç nə. Ən güclü və ən zəkalı olacaqsan və təklikdən zövq üçün yeni "sirrləri" sən yaradacaqsan. Buna "purjin nərdivanı" deyə bilərsiz. Hər dəfə zirvəyə çıxan biri öz dayandığı nöqtədən bir pillə yuxarını yaradır. Sonra gələn lider də həmçinin. Əvvəlki liderin yaratdığı pilləyə çıxaraq özündən bir pillə yaradır. Beləcə "purjin nərdivanı" yaşamdan asılı olaraq sonsuzluğa doğru gedir..

2015-ci ilin yaz aylarıdır. Elvin mənə zəng edib yarışa qatılıb-qatılmamağımı soruşdu. Ətraflı məlumat istədim. 7 nəfərlik komandayla yarışacaqdıq. "Survivor" və "Beyin-rinq" oyunlarının qarışığı kimi bir şey. Təşkilatçı NASA idi. Sözsüz, Elvin məndən soruşmadan adımı qeydiyyata salmışdı. Bilirdi ki, yox deməyəcəm. 3 gün sonra komanda olaraq görüşdük. Hazır idik.

Bölüm 1. "19-cu komanda"

Elvin haqqda.

Mən yaşadığım həyatım boyu həmişə öyrənməyə ac biri olmuşam. Daima müxtəlif kateqoriyalarda yeniliklər axtarmışam. Mən öyrədəcək və öyrənəcək insanları özümə yoldaş seçmişəm. Barmaq sayılacaq qədər müəllimim olub. Söhbət əsl müəllimlərdən gedir. Həqiqətən nələrisə mənə öyrədən və öyrətməyi bacaran insanlar. Ancaq bunlardan biri, Elvin ən fərqlisi, ən güclüsü, ən ağıllısı idi mənə görə. Bütün stolüstü oyunları bacarır. Yaponluların ən qəribə oyunlarından Bakıda, çayxanalarda oynanılan oyunlara qədər. Videooyunlarda da həmçinin. "Gamer" desək daha yaxşı olar. İQ səviyyəsi idrak piramidasına əsasən 190+ göstəricidədir. Kompüter proqramlarından əksər lazımlılarını demək olar əzbər bilir. Montaj üçün Adobe-ın qiymətlilərindən, Ofis proqramları, Kibernetik proqramlar və s. Teologiya sahəsində də çoxlu bilikləri var. Dinlərin çoxunu mümkün olacaq ən yaxşı keyfiyyətdə araşdırıb. 7 xarici dildə sərbəst danışır. 4 dildə yazıları, əsərləri, araşdırmaları var. Komandamızın beynidir. Skate, velosiped və də maşın sürməyi bacarır. 4 cür üzə bilir, 178 sm boyu var və də böyük bir məqsədi var. Yeni insan nəsli yaratmaq. Elvinin sevimli totemi 19 ədədidir.

Amal haqqda.

Komandanın "gözlənilməzi" deyərdim. Bəlkə fitri-istedad ya da əlavə gücləri olan biri. Yox, gələcəyi filan görmür. Ancaq elə vaxtı elə şey deyər ki, nə mənim, nə Elvinin, nə Azadın nə də başqa birinin ağlına gəlməzdi. Fiziki göstəriciləri yaxşı idi. Totemi 14-dür. İQ göstəricisi normal göstəricini üstələyir. Daha çox sakit təbiətli biridir. Amal haqqda yazacaq bir şey yoxdur. Əgər bütün insanlar balaca bir uşaq olsa, onda Amal da o uşaqlara möcüzə göstərən, şapkadan dovşan çıxardan sehrbaz olardı. Bu qədər.

Azad haqqda.

Komandanın ikinci fitri-istedadı. Fiziki baxımdan ən güclümüzdür. Nə orta, nə də ali təhsili yoxdur. Beynində 10 saniyyəyə istənilən 3 rəqəmli ədədi 3 rəqəmli ədədə vura bilər. Soruşanda bunu necə edirsən, deyir ki, "inandığım müqəddəslərə and olsun ki, özüm də bilmirəm". Doğurdan da elədir. Tutaq ki, soruşursan ki, 554-ü 631-ə vur, deyir ki, 2-3 saniyə sonra gözlərimi yumuram, beynimdə çoxlu ədədlər canlanır və deyirəm, düz çıxır. Heç özüm də bilmirəm necə baş verir bu proses. Hə bir də, siz 554*631=349574 (Üç yüz qırx doqquz min beş yüz yetmiş dörd) deyə oxuyursuz ancaq Azad "üç dörd doqquz beş yeddi dörd" deyə oxuyur. Bunun da səbəbi o ədədin oxunuşunu biləcək qədər savada sahib olmamasıdır. Totemi boynundakı sepinin klonudur. Yuxuda olanda belə o totemə görə hərəkət edir. Bizə görə eqolu biridir. Özünü və totemini bütün varoluşun mərkəzi hesab edir.

Sofiya haqqda.

Komandanın "damarları" deyərdim. Bütün komandanı başa düşən biri. Bəlkə də əksər kişilərin evlənmək üçün idealı sayılan biridir. Ancaq Sofiyaya evlənəcəyi kişidən çox Ezoteriya, Biotexnologiya, Simya ya da Yevgenika daha maraqlıdır. Bəlkə də Sofiyanı ideal edən əsas cəhəti budur. Totemi 19-dur. Ortaq totemlərin olması iki müxtəlif insanı ortaq temparamentlərdən, ortaq məhsuliyyətlərdən, ortaq səhvlərdən, ortaq maddiyatdan daha çox bir-birinə bağlı edir. Sofiyanın bu 19 totemi onun heç vaxt boynundan çıxartmadığı sepinin klonudur. Üstəlik heç vaxt o totemi haqqda heç nə demir. Bəlkə də, toteminə qarşı bu "etdikləri"nin ortaqlığı Sofiyanı həm mənə, həm Amala, həm Azada, həm də Elvinə qarşı bağlılığını saxlıyır. İQ göstəricisini soruşsaz "dahi" tipə aiddir. DNA tipini soruşsaz "o" tipdədir. Yəni ki, az tapılan tipdən. Bir sözlə, mənə görə bəşəriyyətin Həvvadan sonra ən önəmli qadınıdır.

Grameora haqqda.

"19-cu komandanın" kölgəsi, oxunmamış kitabı, unudulmuşu, gizli istedadı. Xeyli zamandı bizlə bir yerdə işləməsinə baxmayaraq mən Gramer (Biz öz aramızda belə deyirdik) haqqda tam təsəvvürə malik deyildim. Yarışdan sonra anladım ki, bu insanın "fərqinə varmamışam". Yunan əsilli azərbaycanlı bir qadından gedir söhbət. Melanxolik tipi vardı. Əvvəllər onun lal olduğunu düşünürdüm, düzünə qalsa. İlk 4 komanda görüşümüzdə bir kəlimə belə olsun deməmişdi. İQ səviyyəsini bilmirəm. Məncə 140-150 olar. Totemi isə öz kölgəsidir. Hərçənd necə olduğunu mən də anlamıram.

Cəmil haqqda.

Cəmil. Komandamız əslində 6+1 sistemində işləyir. 6 insan və 1 robot. Elvin, Kənan, Azad, Amal, Sofiya, Gramer və Cəmil. Bəli. Bu 6 nəfərin və də əvvəllər bizimlə bir yerdə işləmiş digər 12 nəfərin köməyilə, əziyyətilə yaranmış, yaradılmış Cəmil. Cəmilin yaranmasında ən böyük rol sahibləri Elvin və mən idik. Ancaq burada, sözsüz ki, hər kəsin böyük miqyasda əziyyəti vardı. Ən az əziyyəti olan şəxs belə digər 7 milyarddan dəfələrlə daha yaradıcı insanlardır.
Cəmil əslində bu 6-lığın müsbət cəhətlərini özündə birləşdirən, səhvsiz, mükəmməl, hissləri olan və də ölümsüz "biri idi."

Bölüm 2. İlk görüş.

Mənə zəng gələndən sonra mən də Amala xəbər etdim. Sofiya İstanbulda qalır. Elvin xəbər eləmişdi. Azad isə "Böyük üçbucaqlar" lahiyyəsi üçün Elvinlə eyni evdə qalırdı. Cəmil də həmçinin. Gramer isə tətil bəhanəsiylə Afinaya getmişdi. İlk xəbərdən 3 gün sonra hamımız İstanbulda, İnönüdə, mehmanxanaların birində toplaşdıq.

Elvin yarış haqqda məlumat verməyə başladı:
-Bildiyimiz kimi hazırda çoxsaylı verlişlər var. Şou xarakterli, elm üçün və s. Ancaq bu oyun, bu verilim tamam fərqlidir. Heç bir telekanalda verilməyəcək. Son dərəcə güclü heyətlərin iştirak etdiyi bir yarışdır. Bəlkə də reality şou. Ən güclü komandalardan biri təşkilatçı NASA-nın "Sciene Academy"-sindən seçilmiş 7-lərdir. Təəssüflər olsun ki, "Septinistlər" adlı komanda var. Kim olduqlarını bilmirəm, halbuki bu ideologiyanın banisi özüməm. Ancaq eyib eləməz.
Bu vaxtı Azad soruşdu:
-Yarışa qatılma səbəbimiz? Qalibləri necə seçəcəklər? Nə veriləcək qaliblərə?
-Yaxşı sualdır. Bizim bir neçə natamam lahiyəmiz var. "Böyük üçbucaqlar", "Mələk beyni", "ExtraNET", "İnsan 1.9" və s. Bunları gerçəkləşdirmək üçün NASA-dan tam dəstək alacağıq. Böyük şeyləri dəyişdirmək üçün. Yəni ki, dünyanı və insan nəsillərini dəyişdirmək üçün böyük bir şansımız var.
Gramer: - Bəs, o qədər güclü komandanın içindən qalib olma ehtimalımız? Bacara biləcəyik? NASA-nın ən yaxşı 7 aliminə qarşıyıq. Septinistlər var. Kimdi bilmirik heç. Və bir neçə daha güclü komanda. Biz burada ən axırıncı favoritlərik. Mən hələ də tərləyirəm, hələ də 48 saat qoruyan Rexonanın ümidiylə həyatımı sürdürürəm. Bu cür yarışda qalib gəlmək bir az qəribədir.
Bu söz elə bil qığılcım oldu.
Amal: Mən isə hələ də tərləməyimə qalib gələ bilmirəm.
Azad: Mən isə qida dövranı olmadan yaşaya bilmərəm.
Sofiya: Oksigenin göstəricisi 19%-dan az olarsa, mən sizinlə ola bilmərəm. Biz acizik.
Cəmil: Araşdırmalarıma görə burada təkcə insanlar yarışmayacaq. Daha güclü yaşamforumları da olacaq. Komandalardan biri Robotlardan ibarət komandadır. Bu komanda da NASA-nı təmsil edir.
Sofiya: "Septinistlər" isə İQ göstəricisinə görə statistik olaraq 10 dəfə bizdən güclü, üstün nəslin (2-ci nəsil) nümayəndələridir.
Amal: Sofiya, onlar bizdən 4.5 dəfə güclüdür, 10 dəfə güclü olan 1-ci nəsildir.
Gramer: O qədər güclüdürlərsə onda niyə 7-ci nəslin bir insanından ideya oğurlayıblar?
Kənan: Bəlkə də, oğurlamayıblar.
Sofiya: Hər şey aydındır. Bizim aramızda casus var. Yaxşı mənada.
Azad: Aha, deməli biz onlardan güclüyük?
Cəmil: Yox, Azad, bizim aramızda daha güclü ümmətdən var. Elvini deyirəm.
Amal: Deməli 2-ci nəsil Elvinin ixtiraları ilə yaşayırsa, onda bizim başçımız onlardan üstündür.
Sofiya: Əgər belədirsə, bizim şansımız çoxalır.
Gramer: Bəs robotlar komandası? Bəs digər bilmədiyim komandalar?
Kənan: Bizdə hər şeydən üstün ağıl, texnologiya və komanda var.
Elvin: Söhbət bitdi. Kimlər qalır? Kimlər gedir?

2 saniyyədə hər kəs qalacağını söylədi.

Bölüm 3. "Oyun"

Komanda olaraq təyyarə ilə Ruminyaya getdik. Yarış orada idi. Bu yarışın ən maraqlı tərəfi isə yarışın keçirilmə dili idi. Müəyyən yoxlanışdan sonra hər kəsin "düşüncə dili" müəyyən olurdu. Xüsusi qulaqcıqlar vasitəsilə hər kəsin və hər şeyin səsini avtomatik tərcümə olunmuş şəkildə eşidirdik. Bizim dilə, Azərbaycan dilinə bu oyunun adı elə "Oyun" olaraq tərcümə edilirdi. Oyunun adı "Oyun" idi. Bəli. Xüsusi elektron badge-lər asılmışdı üstümüzdən. Başqa dildə desək, "elektron tərcümeyi-hal". Geyindiyimiz geyimlər kosmonavt geyimlərinə oxşuyurdu. Ancaq o qədər də narahat deyildi. Bütün komandaları böyük bir həyətdə topladılar. Ümumi 12 komanda var idi.

1. 19-cu komanda (Biz)
2. Septinistlər (2-ci nəsilin nümayəndələri)
3. NASA Science Team
4. NASA Robo Team

5. ... (Komandanın adı məlum olmayan simvollarla yazılmışdı və yadımda qalmayıb, ona görə də "üç nöqtə" deyə bilərik)

6. Dogos Team ("Dog" sözündən gələn, itlərin komandası. Bəli, danışan, gülən, yüksək İQ-lü itlərdən ibarət komanda. Ancaq iki ayaq üstündə dururdular.)

7. "xX Team" (Bu komanda da 7 nəfərdən 2 dənə idi, simvolik olaraq eyni tip varlıqlardan sadəcə ölçü olaraq bir az böyük və bir az balaca versiyada. "X" hərfinin birinin balaca, digərinin böyük olması onun göstəricisidr.)

8. "Üçbucaq komandası" (Bu komandanın heç bir üzvü yox idi. Simvolları da üçbucağa oxşuyan fiqur idi deyə belə təqdim edirəm.)

9. "MonoTeam" (Bu komanda da bir nəfər, bir varlıq var idi.)

10. "Təbiətin komandası" (Bu komanda da qeyri-adi bitkilər var idi. Yer kürəsində bəlkə də olmayan bitkilərdən ibarət komanda.)

11. "MirrorTeam" (Bu komanda əslində digər komandalardır. Kim baxsa özünü görür. Rəqibi kimdirsə, o komanda kimi görünür. Güzgü kimi)

12. "Ruhlar" (Bu komandanın sadəcə adı çəkildi. Deyəsən fərqli ölçüdən gəlmişdilər.)

Komandaları görəndə anladım ki, necə bir yerdəyik. Sonra qaydalar səsləndi. Yadımda qalanları deyim.

1. Yarışçılardan biri digəri yarışçıya dönüşə bilməz. "Vizual dəyişikliyi" olarsa müəyyən xallar çıxılacaq.
2. Transkontakt və DNA müdaxiləsi kimi şeylərə icazə verilmirdi.
3. Biotexnologiya yasaq idi.
4. 25-ci kadr, 5-ci səs və bu kimi "planetüstü" göstəricilərdə siqnallar ötürmək birbaşa oyundan çıxış idi.
5. Oyunçuların DNA ortalaması artıq olarsa komanda tam heyyətlə iştirak etməyəcəkdi.

Qaydaların çoxunu heç anlamadım. Çoxunu eşitsəm, yadımda saxlasam da bir şey anlamamışdım yenə. "DNA ortalaması" nəydi ki? Bax, elə bu qaydaya görə biz bütün oyunlarda 7 yox, 3 nəfər iştirak edəcəkdik. Belə izah edim. Hər birinizə 1 GB yer veriblər. Sən ora ölçüsündən asılı olaraq 3-7 arası şəkil yükləyə bilərsən. Biz ölçüsü böyük olan şəkillərdən olduğumuzdan 3 nəfər yerləşə bilirdik. Ya da ki, ilk kompüterlər necə fiziki ölçüsü böyük ola-ola heç 1 GB yaddaşı yox idi, zamanla fiziki ölçüsü kiçildi, yaddaşı böyüdü. Nanotexnologiya kimi bir şey. Yarışın qaydaları belə idi. Oyun qaydaları.

1. Oyun - puzzle kimi olacaq. 19 hissəni ən tez tapıb birləşdirən komanda qalib komandadır.
2. Hər bir hissə müxtəlif planet kəsiyində (müxtəlif gündə) oynanılacaq. 19 gün (planet kəsiyi) vaxtımız var.
3. Bizim dildə desək, ağıl və texnologiyanın yarışıdır.
4. Qalib komanda "G-19" qalaktikasına "saysafor keçidi" alacaq. (İşınlanma aparatı kimi bir şeydir. İnternet vasitəsilə o qalaktikaya ani keçid mümkündür.)
5. Yemək, su, hətta hava kimi fiziki ehtiyacları ödəmək üçün ayrıca yarışlar keçiriləcək. "Təslim olmaq" yoxdur, ölsən də, qalsan da, çürüsən də yarış bitəndən sonra planetə qayıdacayıq.
6. Yarış virtual keçirilir. Xüsusi aparatlar vasitəsilə burada (Ruminyada) yuxuya gedirik. DNA və Ruhsalımız kompüterlərə köçürülür. 12-ci ölçüdən istifadə edərək G-19 qalaktikasındakı, Yer kürəsinə çox oxşayan bir planetə göndərilirik. Yarış üçün.

Bölüm 4. Yarışdan öncə son görüş.

Bizim DNA ortalamamıza görə bütün heyət getməyəcəkdik. Qərarlaşdıq. Cəmilin DNA-sı göstəricisi olmadığına görə ilk seçilmiş o idi. İkincisi, sözsüz ki, Elvin idi. Üçüncüsü isə Sofiya olacaqdı. DNA yerləşdirməsində mənim də yerləşməyimizi görəndə 4 nəfər gedəcəyimizi anladıq. Digər 3 nəfər isə - Azad, Amal və Gramer bizi 4-cü ölçüdə təmsil edəcəkdi. 4 nəfər yarış üçün hazırlandıq. Bir də komandamızın adını dəyişməliq olduq. Cəmil komandamızın kapitanı oldu. Çünki, onun ölçüsünə, robotik ölçüyə (12-ci öçüyə) keçirdik. Bizlə gəlməyən Azad və Amalın xətrin "A"-nı və də Gramerin xətrinə "Q" hərfini seçdik. Belə ki, "Oyun(C.A.Q.)" adlı komandanı formalaşdırdıq. Yarışa hazırdıq.

Bölüm 5. 1-ci puzzle.

"CAQ" komandası olaraq virtual aləmdəydik. Daha doğrusu 4 boyutlu sahədə olmadığımızı bilirdim. Transportal üçün bədənlərimiz Ruminyada qalmışdı. Yarışın başlayırdı. Zaman ölçüləri Yer kürəsinə görə hesablanacaqdı. Ölçüləri bilməyənlər üçün 8 müxtəlif say sisteminə avtomatik "tərcümə" edən proqramlaşdırılmış sistemlər hər bir komandanın cihazlarına yüklənmişdi. "Çərxi-fələk" kimi yekə bir şey var idi. Fırlanırdı. Ancaq çarxın üstündə sadəcə bir yer işıqlı idi. Digərləri isə qaranlıq kimi görsənmirdi. İlk oyunumuzun adını öyrənmək üçün lotoreya tipli çarxın dönməsini gözlədik. Budur. İlk oyunumuzun adı gəldi. "Minos". Təbii ki, bu beynəlmiləl tərcümədə Yer kürəsi üçün hazır tərcümə idi. Yəni ki, hazır ingiliscə verilmişdi. "Minos" ? Bu nədir ki? Necə olacaq? İşimiz nədir? Hamının beynində bu tipli suallar var idi.

Gramerdən mesaj gəldi. Bu arada, yadımnan çıxmamış, komanda üzvlərinin bir-birlərilə canlı əlaqə saxlamaları üçün xüsusi telefon tipli cihazlara icazə verilirdi. Gramer Afinadan olduğundan, Minosun Yunan miflərinə aid olduğunu dedi. Xoşbəxtlik tanrısı imiş. Bunun bizə köməyi dəyə bilər? Hə, hər oyun bizə xüsusi ipucular verir. Bir gündə (Yer kürəsi zamanı ilə) 3-5, bəlkə də daha çox oyunlar ola bilərdi. İpucular sayəsində açar sözü və ya simvolu tapmalıydıq ki, bu da puzzlenin ilk hissəsi olacaqdı. Bəs Minosun tanrı olmasının nə köməyi dəyə bilərdi ki?

Sofiya davamını gətirdi. "minos" latıncadan tərcümə də, "kvadrat" deməkdir. İki ipucumuz olmalıydı. Xoşbəxtlik və kvadrat.

Amal isə "minos" sözünün "dominos" sözündəki minos olduğunu nəzərə alsaq, bunun bir oyun olduğunu anlaya bilərik. Hə, bu arada aramızda ən yaxşı domino oynayan Amal idi.

Azad əlavə elədi. "Minos" sözü "Minus" sözünün dəyişilmiş, deformasiyaya uğramış versiyası ola bilər. Təbii ki, neqativlik, əks-fikirlik və s. kimi ipucularımız olurdu. Xoşbəxtlik, kvadrat, minus, domino oyunu.

Cəmil deformasiyanı nəzərə alsaq, "minos" sözündən "mono" sözünə gəlmək olar və də latıncadan tərcümədə "1" deməkdir. Hətta "mini" sözünü də götürə bilərik. Balaca deməkdir.

Mən dedim ki, nədənsə "minions" filmi yadıma düşdü. Onlar həmişə xoşbəxt olurdular, tək nəsilləri vardı. Balaca idilər. Daima kvadratik klaviaturlarda işləyirdilər.

Elvin də bütün bunların sadəcə bizə bir ipucu verəcəyini dedi. Qısa müzakirədən sonra ikinci ipucunu tapmaq üçün olan açar sözü təqdim edildi. "!". Bəli, nida işarəsi. İndi, əlimizdə iki simvol vardı. Nida işarəsi və də "Minos".

Mən "nida" işarəsinin daima radikallıq, əsəbilik, həyəcanlılıq simvolu kimi təqdim edildiyini söylədim. Niyəsə solçu partiyalardan birini xatırlamışdım.

Sofiya "!"-nı riyaziyyatda faktorialın simvolu olduğunu söylədi.

Gramer "!"-nı tərsinə çevirsək "i" hərfi alındığını söylədi.

Azad "!"-nın əsas üç durğu işarəsindən biri olduğunu söylədi. Hərçənd, bunu onun söyləməsi bizi də düşündürdü. "Üçdə bir" ehtimalını nəzərə almağı söylədi.

Amal isə şəkli izaha keçdi. Bir nöqtədən asılı uzun bir dirək. Bunun nanotexnoloji bir simvol ola biləcəyini söylədi.

Cəmil isə "!"-nın qədim tayfalardan birinin adı olduğunu söylədi. Təsadüfü deyil ki, bu tayfanın adında Yer kürəsnin olduğu qalaktikadan 3 qalaktika uzaqlıqda bir "yaşam forumlar" var idi.

Elvin yenə də heç nə demirdi. Sadəcə bütün bunlar puzzle şəklində bir yerə yığmağı fikirləşirdi.

Üçüncü və sonuncu ipucunu gözləyirdik. Bu üçüncü ipucu ilə birlikdə əsas hissəni tapmalıydıq. Budur. Üçüncü ipucunu söylədilər. "Ev sahibinin 12-dən 12-si".

Beyinlərimiz yəqin dondu. Bu nədir? Bu necə ipucudur? Nəyi? Niyə? Ev sahibinin 12-dən 12-si.

Ev sahibinin biz olduğumuzu söylədi Sofiya. Yəni ki, olduğumuz yarış beynəlmiləldir. Müxtəlif yaşam forumları var. Ev sahibi insanlardır. 12 isə komandaların sayı ola bilər. Bürclərin sayı ola bilər. Saat-zaman göstəricilərinin 12-si ola bilər. İslamdakı imamlar, Xristianlıqdakı İsanın şagirdlərinin sayı da ola bilər. Bütün insanların 12 planetdə yaşadığnı söyləyən bir ipucu da ola bilər. Dəqiq heç nə bilmirəm.

Gramer yenə yunan miflərindəki 12 əsas tanrıdan danışdı. 12 əsas tayfa və əfsanələrə görə 12 əsas insan tayfaları. 12 əsas müqəddəs kitablar və s. Beynindəkilər hamısı bu qədər idi.

Azad 12 deyəndə sadəcə saat ağlına gəldiyini söylədi. 12-də 12 isə 100% lik göstəricidir. Bu da bəlkə kömək edə bilər.

Amal 12-nin 1-ə, 2-yə, 3-ə, 4-ə və də 6-ya bölündüyünü söylədi. Niyəsə özü də bilmədi bunu. Bir də insanların 7-ci nəsildə orta ömür vaxtının 120 il və də orta İQ göstəricisinin son həddi 120-dir deyə əlavə etdi.

Cəmil zaman anlayışından əlavə cəhətlərdə də saat əqrəblərinə görə təyin olunmanı söylədi. 12-də 12 anlayışına görə şimal cəhəti nəzərdə tutulurmuş.

Mən isə Cəmilin dediyi fikirdən gəldim. "Ev sahibinin" sözü Cəmilin fikrini sığortalayır. Ancaq ev sahibinin sözü varsa deməli beynəlmiləl bir şey də olmalıdır. Sağ varsa, sol da var. Gecə varsa, gündüz də var. Mənfi varsa, müsbət də var. Ev sahibi varsa, qonaq da var. Bu kimi bir şey. Söhbət şimal və ya o istiqamətdə olan bir şeydən gedir. Ancaq biz indi virtual aləmdəyik. Şimal və digər 3 əsas istiqamətlər bizə burda lazım ola bilməz.

Elvin sözümü kəsib sözün "bizim beynəlmiləl simvolumuzdan gedir söhbət". "Turiya üçbucağı" hə. "Minos" sözü kvadrat mənasında işlənib. Turiya sözü qədim şərq dillərindən birindən tərcümədə 4-cü deməkdir. Kvadrat da yenə hansısa dillərdən birində elə 4 deməkdir. Köhnə italyan dili deyəsən. Simvolu sizə təsvir edim, normal bir üçbucaqdır. Bir üçbucağın içində üç üçbucaq var, əsas üçbucağın (Turiya üçbucağı) bir tərəfi Nyutonun 3G üçbucağının bir tərəfi ilə üst-üstə düşür. Turiyanın digər tərəfi Bermud üçbucağının bir tərəfilə üst-üstə düşür. Sonuncu tərəfi isə "Paskal" üçbucağının bir tərəfiylə üst-üstə düşərək 7-ci nəsil insanların beynəlmiləl aləmdə rəsmi simvolu hesab olunur. (Bayraq kimi simvoldur, Bayraq ölkələri təmsil edir, bu üçbucaq isə bütün Yer kürəsini).

Mən əlavə elədim ki, sözü gedən Turiya üçbucağını saatın üstünə qoysaq şimalda, yəni 12 istiqamətində qalan üçbucağın adı Paskal üçbucağıdır. Paskal üçbucağı isə Yer kürəsində yaşayan insanların ən azı 19 hissi olduğunu simvoluzə etmək üçündür. Paskal üçbucağının əsas ölçülərlə təqdim olunmuş versiyasında 19 dənə "1" rəqəmi var. Hər biri də, bir hissimizi ifadə edir. Bəs "!" ?

Cəmil nidanı faktorial kimi qəbul etməyimizi xahiş elədi. Çünki, söhbət hisslərdən gedir. Hisslər. İndi isə Sinesteyanı nəzəri qəbul etməyimizi istədi. Ancaq Sofiya razılaşmadı. Çünki, Sinestesiyanı nəzərə almaq üçün əlaqələndirməliydik. Elə bu an Amal möhtəşəm bir cümlə ilə Cəmilin Sinestesiyanı əldə saxladı. Misal üçün, domino oyununda maksimum 6-ya qədərdir. (Standart versiyada). Əgər 6 rəqəm iştirak edəcəksə (6+1)(6+2) / 2=28 düstüru ilə hərəkət etmək lazımdır. Sözü gedən düstürda 2-yə bölürük, çünki, "do"minosdan gedir söhbət. İki kvadrat olacaq. Ancaq işin qəliz və qarşıq tərəfi triminos üçün bu düstur öz həqiqiliyini itirir. Buradan sonra artıq qarşıqılıq yaranır. Və Sinesteyinaı saxlayan cümlə isə "əgər tərs üzləri də aktivləşdirsək, onda dominonun düsturunu trimino üçün, triminonun düsturunu monomino üçün" və s. İşlədəcəyik.

Gramer özünü saxlaya bilməyib "Sinestesiya nədir?" deyə soruşdu.

Sofiya izah elədi ki, hisslərin qarışmasıdır. Misal üçün rəngləri yemək. Qoxuları saymaq və s.

Elvin kanrketləşməyi söylədi. Hisslər, faktorial və Sinestesiya?

Mən Azaddan "19!"-ın neçəyə bərabər olduğunnu soruşdum. Elvin isə ədədin çox böyük olacağını söylədi. Bu cavab deyildi.

Bütün ehtimallarımız boşa çıxmışdı. Sadəcə susurduq. Amal ulduzu (vurma işarəsini) üstəgəlmə əməli ilə dəyişdirməyimizi təklif elədi. Faktorialda bildiyiniz kimi, göstərilən ədədi 0-a kimi ardıcıl olaraq bütün ədədlərə vururuq alınan cavab həmin ədədin faktorialının cavabıdır. Ancaq bu dəfə toplamağı təklif etdi Amal. Heç özümüz də bilmədik. Mən isə əsaslandırmağını istədim. Sofiya davam elədi. Uzun cavablar heç kəsə gərəkmir. Elvin Sofiyaya "bu qadınsı içgüdü, sezgidən başqa bir şey deyil" dedi. Mənsə 19!=190 olduğunu hesabladım. Deməli cavabımız ya "0" ya da "190" olacaqdı. Bütün komanda Sofiyanın sezgisinə inanırdı. Elvin qərarını söylədi. Cavab "190" olacaqdı.

Bu cavabı təqdim etdik.

Qısa müddət sonra düzgün cavab verən komandaların adı söyləndi. Biz, RoboTeam, MirrorTeam, "..." komandası və də "Üçbucaq komandası" düzgün cavab verənlərdən idik.

Belə bir şeyi çözməyimiz qeyri-adi inam bəxş etdi komandaya. Ruminyaya transportal vasitəsilə qayıtdıq. Yarışın ilk günü bitdi.


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+20=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0304 saniye