Pambıq və Kətan
Ülfət Cavad tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 15:26 02 aprel 2016 tarixində əlavə olunmuşdur

Gündəlik olaraq hər birimizin cibində az da olsa kağız pullar olur...Əslində kağız tez cırılan bir materialdır...Bəs pullar niyə tez cırılmır? Çünki, kağız pul düşünüldüyü kimi kağızdan deyil, pambıqdan hazırlanır.Dolların cırılması üçün onun bir neçə min dəfə qatlanıb-açılması lazımdır.

Məlum olduğu kimi, kağız ilk dəfə Çində ixtira edilib. Bu səbəbdən də ilk kağız pul da Şərqdə istifadəyə verilib. Qərb ölkələrində kağız əskinaslar XVII əsrin sonlarında dövriyyəyə buraxılıb. Onun yayılması kapitalist quruluşunun formalaşması ilə bağlıdır. Həmin vaxt iqtisadi artım tempi daha əlverişli pul dövriyyəsinə tələbatı artırırdı. Məhz kağız əskinaslar tələbata tam cavab verirdi.XVIII əsrdə kağız əskinaslar artıq bütün Avropada istifadə olunurdu. Amma kağız əskinasların da mənfi cəhətləri var idi. Çox istifadə edildiyindən tez yararsız vəziyyətə düşürdü. Hazırda bu problem "kağızın keyfiyyətini" artırmaqla aradan qaldırılır.

Məsələn, ABŞ dolları 75 faiz pambıq, 25 faiz kətandan ibarətdir. Bundan başqa, əskinaslar sintetik liflərlə möhkəmləndirilib. Dolların cırılması üçün onun bir neçə min dəfə qatlanıb-açılması lazımdır. Avstraliya, Braziliya, Çin, Rumıniya və bir sıra xarici ölkələrdə əskinaslar xüsusi plastik kütlədən hazırlanır. İndi pullarda onun saxtalaşdırılmasının qarşısını almaq üçün qoruyucu elementlərdən istifadə edirlər.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+23=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0456 saniye